Bu problemləri həll etmədən Ermənistanın gələcəyi yoxdur

28.06.2021 14:13     A-reaksiya     619

Seçkilərdən həm əvvəl, həm də sonra Ermənistanın qarşısında üç qlobal problem dayanıb və bu problemləri yeni parlament və hökumət həll etməlidir.

Reaksiya.az xəbər veri ki, bunu Trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq:

"Birincisi, Qarabağdan imtina və bunun Azərbaycanın hissəsi kimi tanınması, ikincisi Azərbaycanla dövlət sərhədinin demarkasiyası, üçüncüsü, Zəngəzur dəhlizinin açılmasıdır. Bu problemlərin hansı ardıcıllıqlar həll olunacağı vacib deyil. Bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq. İstənilən halda bu ölkənin əhalisi və hökuməti ambisiyalarla rifah arasında seçim etməlidir".

Ekspert Ermənistanın mövcud olmayan "Dağlıq Qarabağ münaqişəsi" barədə indiyədək danışmasını da şərh edib. O bildirib ki, bu cür açıqlamalar ilk növbədə daxili auditoriya üçün nəzərdə tutulub:

"Bundan başqa, rəsmi İrəvan bununla bəzi xarici tərəfdaşlarına, məsələn, Fransa prezidenti Makrona xidmət edir. Gələn il Fransada prezident seçkiləri keçiriləcək və Makrona erməni diasporunun səsləri çox vacibdir. Əgər Ermənistanın rəsmi şəxsləri heç bir Ermənistan-Azərbaycan münaqişəsinin olmadığını bəyan etsə, Makron beynəlxalq vəziyyətdən anlayışı olmayan biri kimi qəbul ediləcək və bu onun onsuz da aşağı olan reytinqinə daha da ciddi zərbə vuracaq".

Reaksiya.az

Şərhlər