Həsənbala Sadıqov: "Xalqın TV-si olmağın ən mühüm göstəricisi budur!"
01.07.2021 21:28 A-reaksiya 1087
Tanınmış professor Həsənbala Sadıqov yazır...
MƏTBUATIN MİLLƏTƏ XİDMƏT İNDEKSİNİ MÜƏYYƏN ETMƏYİN VAXTI DEYİLMİ?
Hikmət sahibinə görə qurbanlar vermədən , məşəqqətlər yaşamadan xalqın səsi-reaksiyası olmaq qətiyyən mümkün deyildir.
Bır təcrübəli Vətən övladı kimi deyirəm ki, Reaksıya TV çox geniş TV məkanında kimsəsizlərin lap uzaqlarda, lap dünyanın o biri başında- uzaqlarda eşidilən daima gurlayan təmənnasız reaksiyasıdır.
Hər vaxt bir zamanlar yola çıxarkən içdiyi mətbuat andına sadiq qaldı. Burada bir yeni yanaşmanı mətbuat, mediya nümayəndələri ilə paylaşmaq istəyirəm.
Hamımız özümüzü xalqın səsi, reaksiyası hesab edirik. Amma media quruluşlarının XİDMƏT İNDEKSİ hələ də müəyyən edilməmişdir. TV-lərin reaksiya normasını kim müəyyən etməlidir. Müəyyən etməli olan təşkilatların özlərinin yüksək xidmət indeksi olmadığından onların qiyməti korun təbiət təsvirləri kimidir.
TV-lərdə xalqın səsini qeydə almaqla xalqa xidmət xronometri qurmaq olar. Elə olanda Azərbaycanda olan bütün media quruluşları üçün iki məsələni müəyyən etmək olar:
1. Media quruluşunun yetərlilik indeksi
2. Media qurluşunun xalqa xidmət indeksi
Bu gün min əzabla, millət oğullarının həyatı, sağlamlığı hesabına qurulub, qorunub və xidmətdə davam edir.
Mətbuatın qurdlar vadisinə silahla və pulla deyil əlahəzrət sözlə-milli reaksiyanın tərənñümçüsü kimi daxil olduğu gündən yalnız "xoş gəldin!" deyil "cən haradan çıxdın?" deyənlər də çox oldu.
Bütün sahələrdə olduğu kimi mətbuatda da qaçaqmalçılar-saxta informatorlarla əməkdaşlıq edib insanları təhqir edirlər. Sonra məlum oldu ki, "taksiçi dekan" ləqəbli birisi Gəncədə şəhər rəhbərliyindən başlayaraq bütün idarə rəhbərləri, xoşu gəlməyənlər haqqında faktları dəyərinə görə marağı olanlara"satırmış." "Taksiçi dekanda 10 manatdan başlayıb 10 000 manata qədər faktlar var. Bir dəfə şəhərin bəlası-"taksiçi dekan" bir fakt tapır. "Rektor dəlixanada yatıb." O faktı hamıya satdı. Rektorun qapısının ağzında bütün günü "jurnalislər" növbəyə durmuşdular. Rektor dözməyib faktiki "taksiçi dekan" tərəfindən öldürüldü.
Yasaq sahələrə işıq salmağın qorxulu olduğunu bilirdi Reaksiya TV-nin mətbuat ƏXİLƏRİ.
Yanmaq onların qandan gələn missiyaları olduğundan yanmaqdan da qorxmadılar. Söz meydanında məğlub olanlar təsir göstərə biləcəklərini düşünüb məhkəmələrin yolunu tutdular
Amma yanılmışdılar.
Bu dəfə Reaksiya TV -nin ədaləti zəfər çaldı. Reaksiya TV - nin yayıma başlamasından 3 il ötdü… Bəzən bizdə alışqanlıq yaranıb. Hamıya yüz il ömür arzulayırıq. 3 yaşlı Reaksiya TV qısa müddətdə çox yol fəth etmişdir.
Bu günə qədər Reaksiya TV çox böyük sevənlər ordusu toplaya bilmişdir. Xalqın TV-si olmağın ən mühüm göstəricisi budur!
Təbrik edirəm!
Şərhlər