Çevrilişdən sonra Misirə pullar axır - ARAŞDIRMA

06.06.2015 19:35     A-reaksiya     1805

Misirdə çevrilişdən sonra hakimiyyətə gələn Sisi ilə ticarət əlaqələrini sürətləndirən Qərb ölkələri və şirkətləri Misirlə təxminən 138 milyard dollarlıq müqavilə imzaladı.

 

Misirin seçilmiş ilk prezidenti Məhəmməd Mursinin 2013 - cü ilin iyununda vəzifəsindən uzaqlaşdırılmasından sonra, "çevrilişə reaksiya" üçün gözlərin çevrildiyi Qərb ölkələrindən, gözlənilən reaksiyalar gəlmədi, amma əvəzində Misirə iqtisadi mənada dəstək yağıb.

Təxminən 138 milyard dollarlıq müqavilələr imzalandı, bu müqavilələrdə nəzərdə tutulan yardımın təxminən 12,5 milyard dolları Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Əmmanın da içində olduğu Körfəz bölgəsindəki ölkələrə edildi.

İngiltərə Misirə investisiya məbləğini, 2014-cü ildə bir əvvəlki ilə görə  30% artırarkən, xarici işlər naziri Filip Hammond ilə BP, BG, Vodafone və WHSmith kimi şirkətlərin idarəçilərindən ibarət olan heyət, bu ilin mart ayında Misirdə iqtisadi və ticari əlaqələri inkişaf etdirməklə bağlı danışıqlar aparıldı. Misirin neft istehsalının 15% - ni və təbii qaz istehsalının isə təxminən 30% - ni reallaşdıran, inqilabdan sonra bu ölkəyə ən çox investisiya qoyan şirkətlərin başında gələn İngilis neft şirkəti BP, Sisinin rəhbərliyə gəlməsindən sonra 12 milyard dollar dəyərində enerji müqaviləsi imzaladı .

Amerika şirkəti "General Electric" də mart ayında Misiri 2,6 gigavatlık elektrik tutumu ilə təmin edəcəyini bildirmişdi. Amerikan şirkəti, bir neçə il içərisində əlavə 6000 megavatlık enerji investisiyası əlavə etməyi planlaşdırır.

ABŞ prezidenti Barak Obama, Martda Misirə ildə 1,3 milyard dollarlıq silah yardımı edəcəklərini bildirmişdi. Amerika hökuməti də, daha əvvəl də Sisinin iqtisadi islahatlarına  dəstək sözü vermişdi.

 

"REAKSİYA" ARAŞDIRMA MƏRKƏZİ 

Şərhlər

Çox oxunanlar