Ermənistanın sərhəddə gərginlik yaratmasının səbəbi budur - Politoloq
23.08.2021 13:04 A-reaksiya 1094
“Ermənistan mətbuatında sülh müqaviləsiylə bağlı müxtəlif dezinformasiyalar yayılır. Onların tək məqsədi Azərbaycan ictimaiətində çaşqınlıq yaratmaqdır”.
Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, Azərbaycan tərəfi sülh tərəfdarıdır və bölgədə sülhün bərqərar olması üçün əlindən gələni edir: “Ermənistan tərəfi sülh müqaviləsinin bağlanması üçün lazım olan şərtləri yerinə yetirmir. Sərhəddə gərginlik yaradaraq demarkasiya və delimitasiya işlərinin gedişatına mane olur. Ümumiyyətlə, son zamanlar Ermənistan sərhəddə ciddi insidentlər yaradır. Bunun tək bir səbəbi var bölgədə yeni bir münaqişə yaratmaq və sülhün təmin olunmasının qarşısını almaq. Azərbaycan dövləti sülh danışıqları üçün çalışır, ancaq Ermənistan hakimiyyəti müxtəlif təxribatlar törədərək buna mane olur”.
Q.Hüseynli vurğulayıb ki, Ermənistan tərəfi Qarabağla bağlı xülyalarından əl çəkməlidirlər: “Ermənistanın Qarabağla bağlı qaldırdıqları iddialar əsassızdır. Həmin iddialara Fransa və Rusiya kimi dövlətlərdən də dəstək verilir. Azərbaycan tərəfi müharibədən qalib çıxmış bir ölkə kimi öz mövqeyini bildirib. Ermənistan tərəfi bəzi mənasız təkliflər irəli sürərək danışıqlar prosesini pozmağa çalışır. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edib. Ermənilər nə qədər təxribatlar törətsə də ordumuz onların layiqli cavabını verir. Ermənistan hakimiyyəti işğalçı siyasətinə son qoyarsa, mehriban qonşuluq münasibətlərinin perspektivlərini müzakirə etmək olar”.(publika)
Şərhlər