İranın Suriya planı nələri əhatə edir? - EKSPERT RƏYİ

18.08.2015 16:08     A-reaksiya     2856

İran və Rusiyanın Suriya böhranına istiqamətli planlarına dair danışan türkiyəli jurnalist Alptekin Dursunoğlu bildirib ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə keçirilən görüşlərdə, tez-tez Suriyanın ərazi bütövlüyünə və müstəqilliyinin qorunmasına toxunduğuna diqqət çəkib.

Yaxın Doğu Haber saytının rəhbəri Alptekin Dursunoğlu Rusiya və İranın Suriya ilə bağlı planları çərçivəsində son zamanlarda reallaşan diplomatik hərəkətliliyi qiymətləndirib.

Rusiyanın planının iki ayağı olduğunu söyləyən Dursunoğlu bildirib ki, birincisi, İŞİD - ə qarşı koalisiyada Suriya dövlətinin də iştirak etməsidir: “İkincisi isə Suriyada siyasi həll variantına gedilməsidir. Bunun əhəmiyyəti Rusiya baxımından çox böyükdür".

İranın “Əl Meyadin” telekanalının Tehranın Suriya həll variantı üçün hazırlanan 4 maddəlik bir plandan bəhs etdiyini deyən Dursunoğlu bildirib ki, bu dörd plan, əslində birinci Cenevrə Bəyannaməsində etibarən deyilən şeylərdir: “İran və Rusiyanın ümumi tutumu 'Suriyanın gələcəyinə, Suriya xalqı qərar verməlidir "şəklindədir. Əsadın çəkilməsi ön şərti olmadan müxaliflərin də iştirak etdiyi bir keçid hökuməti qurulması istənilir. Qarşıdurmaların bir an əvvəl dayanması, reallaşacaq seçkilərin də beynəlxalq müşahidəçilərin nəzarətində keçirilməsi tələb edilir. "

İran Suriyanın ərazi bütövlüyünü istəyir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşlər, Suriyanın ərazi bütövlüyünün, milli suverenliyinin və müstəqilliyinin qorunması ana başlıqlarına diqqət çəkdiyini yazan Dursunoğlu İranın planlarının, Suriyanın müharibədə artıq məğlub olmasına, başqa yol görünmədiyinə dair olduğuna bağlı edilən şərhlərin tamamilə xəyal məhsulu olduğu Zəriflə keçirilən görüşdə bir daha aydın olur".

Şərhlər

Çox oxunanlar