Chatham House: "Rusiya və Avropa arasında qarşıdurma yaşana bilər" - PROQNOZ

06.06.2015 20:13     A-reaksiya     1841

İngilis düşüncə quruluşu Chatham House, Rusiya və Qərb arasındakı gərginliklərin önümüzdəki dövrdə daha da artacağı ilə bağlı proqnoz verib. Təşkilat hesabatında, Ukrayna böhranının, Rusiya və Avropa arasında birbaşa qarşıdurmalara yol aça biləcəyini və Rusiyada iqtidar dəyişikliyinə səbəb ola biləcəyini qeyd edib.

Kral Beynəlxalq Əlaqələr İnstitutu "Chatham House", "The Russian Challenge" adlı hesabatında Ukrayna böhranı səbəbiylə Rusiya və Qərb arasındakı gərginliyin daha ciddi problemlərə səbəb olacağını qeyd edib.

"Avropalı dövlətlər son illərdə Moskvanın yol açdığı təhlükəni nəzərə alıb və Rusiyanın Ukraynaya yönəlik hücumlara lazımınca cavab verə bilmədiyi qeyd olunan hesabatda, "2023-ci ilə kimi Rusiyanın beynəlxalq cəmiyyətin sağlam bir üzvü ola biləcəyi fikri hakim idi. Ancaq zamanla aydın oldu ki, Moskva, bugünkü siyasətini davam etdirdikcə tərəfdaş ya da müttəfiq ola bilməz. Ukrayna böhranı, Rusiya və Avropa arasında birbaşa bir qarşıdurmaya yol aça bilər" - fikirləri yer alıb.

Şərhlər

Çox oxunanlar