Səudiyyə sarayını kim idarə edir? - TƏHLİL

19.08.2015 12:24     A-reaksiya     3499

“Foreign Policy” jurnalının yazarı Simon Henderson Səudiyyə Ərəbistanı daxilindəki güc tarazlıqlarını toxunduğu yazısında Ər-Riyadın Yəmən və Suriya siyasətini də qiymətləndirir:

“İslam Dövləti”nin hücumları, Yəməndəki döyüş və İran nüfuzu mövzusunda artan narahatlıqlarla əhatə olunan yeni Səudiyyə liderliyi axına düşmüş vəziyyətdə görünür.

Səudiyyə Ərəbistanı ərazisindəki İŞİD üzvləri hələ  hədəf seçkisində ayırdedici deyillərmiş. Mayda Şərq vilayətindəki iki şiə məscid vurulub, 26 nəfər ölüb.

Cihadçı qrup 6 avqustda krallığın cənub-qərbində, Yəmən sərhədi yaxınındakı bir sünni məscidi havaya uçurub, çoxu Səudiyyə təhlükəsizlik personalı olmaq üzrə 15 adam ölüb.

Bu, Səudilərlə şiə əleyhdarlığı tutumunda fikir birliyinə baxmayaraq, “İslam dövləti”nin eyni zamanda Səudiyyə sarayından və onun təmsil etdiyi hər şeydən də nifrət etdiyinə də dair Səudiyyə kral ailəsinə istiqamətli bir xatırlatma idi.

Bu, Səudiyyə Ərəbistanının İŞİD-ə istiqamətli əməliyyatlarına davam edəcəyinin də xatırlatmasıdır. Keçən ay Səudiyyə rəsmiləri qruplaşmanın üzvü olmaqda şübhəli bililən 431 nəfərin saxlanıldığını açıqlamışdı.

Krallığın 27 milyon vətəndaşının böyük əksəriyyəti Kral Salmanın liderliyini 2011-ci ildən bəri Ərəb dünyasını əzib keçən xaosa böyük ehtimalla üstün tutsa da, Səudiyyə gəncliyinin göz ardı edilə bilməyəcək bir qisimi sosial medianın onlara davamlı olaraq yedirdiyi cihadçı görüşlərdən ilham alır və onların bu gənclik atəşinin də Səudiyyə cəmiyyəti tərəfindən bir qınanmadığı görünür.

Səudiyyə məscidlərinin bombalanması – krallığın üzləşəcəyi,  üst-üstə yığılan və çoxunun İranla gerçək ya da xəyali bağları olan daxili və xarici böhranların yalnız bir işarəsidir. Ər-Riyadın ən görünən cavabı müttəfiqlərdən dəstək və başsağlığı mesajları toplamaq oldu; yəqin ki, bir tərəfdən də hökumət bu dəfə hansı adi şübhəlini tutması lazım olduğunu düşünürdü.

Atılacaq addım nə olursa olsun, ölkəni bölməkdən çox birləşdirməyə xidmət etdiyini düşündürməlidir. “İslam Dövləti”nə şamil edilən başqa hadisələr də olsa və ya Səudiyyə Ərəbistanının şiə əhalisindən daha artıq cavabı gələrsə, bu tarazlığı təmin etmək xüsusilə çətinləşəcək.

Lakin ölkə rəhbərliyinin vəzifəni boynuna götürməyə hazır olub-olmadığı qəti deyil, xüsusilə də silsilə terror hücumu ilə üz-üzə qalması faktını və ya üzləşdiyi digər saysız problemləri nəzərə alsaq.

Ölkənin hökmdarı bir tətili belə doğru düzgün planlaya bilmir: keçən həftə Kral Salman görünüşə görə Cənubi Fransanı sevmədiğinə qərar verdi, həm də yay villasının mənzərəsində olan ictimai çimərliyin günəş vannası qəbul edən fransızlardan təmizləndiyi halda.

600 nəfərdən çox çevrəsi və mühafizəsi ilə birlikdə Mərakəşdəki sarayına daşındı. Bu vaxt evdəki cəbhədə hökumət vəliəhd şahzadə Məhəmməd bin Nayef və kralın ən sevdiyi oğlu və siyasət seçimlərində elçisi olan vitse-vəliəhd Şahzadə Məhəmməd bin Salmanın əlindədir.

Məhəmməd bin Nayef və Məhəmməd bin Salman arasındakı münasibətlər dünya səviyyəsində xarici siyasət ətraflarında sıx müzakirə mövzusu olmuşdu.

Səudiyyə kralının Məhəmməd bin Salmanın bir gün kral olmaq istəyinə şübhə yoxdur. Bu zaman "Nayefin bu iki adamın arasına bir səltənət sıxışdırmasına icazə veriləcəkmi?" sualı doğur. Hal-hazırda bir çox Səudiyyə müşahidəçiləri Kral Salmanın “təqaüdə çıxacağına” və öz yerini Məhəmməd bin Salmana verəcəyinə inanır. Səudilərin varislik sistemi olduqca dəyişəndir, sanki qətı olan tək qayda kralın arzularının böyük əhəmiyyət daşımasından ibarətdir.

Lakin iki şahzadə arasında bir rəqabətin olub-olmadığıyla əlaqədar ixtilaflı məlumatlar var. Bəziləri Məhəmməd bin Nayefin (ya da ən azından bu manevrlərdə itirə biləcək siyasətçilərin) taxta özünün çıxması üçün planlar qurduğunu deyir, belə bir vəziyyətdə daha gənc olan əmisi oğlu kənara sürüklənmiş olur. Bu adlarla münasibətlərdə olan başqa xarici qaynaqlar isə, əslində bu iki rəqibin bir komanda olaraq yaxşı işləyə bildiyini bildirir deyirlər.

Bu ortaqlıq önümüzdəki aylara doğru daha çox sınağa çəkiləcək. İki adam Səudiyyə Ərəbistanının dəfələrlə dikbaşlı olan müdafiə təşkilatlarını ortaq bir hədəf üçün işə yönəltməkdə vəzifəlidir:

Məhəmməd bin Nayef eyni zamanda daxili işlər naziridir, daxili təhlükəsizlikdən məsuldur; Məhəmməd bin Salman da müdafiə naziri və beləcə Səudiyyə ordusunun, hava qüvvələri və donanma  komandiridir.

Ənənəvi olaraq, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi və Krallıq Ordusu birlikdə çox yaxşı işləmirlər.

Üçüncü bir qüvvət də Şahzadə Mitab bin Abdullah əmrindəki Səudiyyə Ərəbistanı Milli Qvardiyasıdır. Şahzadə Mitabın kral olma ehtirasları atası altı ay əvvəl öldüyündə azalmış, apreldə isə Məhəmməd bin Salmanın vəliəhd şahzadə vəkili səviyyəsinə gətirilərkən tamamilə ortadan itmişdi.

Məhəmməd bin Salmanın, özündə bir tayfa qüvvəti olan Səudiyyə Ərəbistanı Milli Qvardiyasını Səudiyyə quru qüvvələrinin içində əridərək Mitabı işsiz buraxmaq istədiyinə dair məlumatlar olsa da, Məhəmməd min Nayefin müttəfiqi olaraq görülən Mitab, öz milli mühafiz rolundan möhkəm yapışıb.

Yəmən müharibəsi

Yəmən məsələsi krallığın yeni milli təhlükəsizlik komandasının üzləşəcəyi ən təcili məsələdir. Səudiyyə liderliyindəki koalisiyanın martda başlayan hava hücumları Husi üsyançıları məğlub uğratmaqda müvəffəqiyyətsiz oldu və vəziyyəti keçmiş prezident Əli Abdullah Salehin qüvvələrinə qarşı bir yandıran top oyununa çevirərək yan təsir kimi  günahsız vətəndaşlara böyük ziyanlar verilməsinə səbəb oldu.

Sürgündəki prezidenti A. Mansur Hadinin hökuməti son zamanlarda cənubdakı liman şəhəri Ədəndə bir ayaq basacaq yer əldə etməyi təkrar bacarmış və buradan Birləşmiş Ərəb Əmirliklərinə aid bir tank birliyi bu həftənin əvvəlində şimala doğru irəliləməyə başlamışdı.

Ancaq Saleh-Husi ittifaqı varlığını qoruyur və köhnə lider bu həftə yeni “Huffington Post”un ərəb versiyasına bir müsahibə verərək Hadinin Laheydə mühakimə edilməsini istəmişdi.

“Əl-Qaidə” də Mansur Hadi sıralarına daxil edildi.

Səudiyyə liderliyindəki koalisiyaya qatılan, əlamətdar tək oyunçu olan Birləşmiş Ərəb Əmirliklərinin rolu döyüşün gedişini dəyişdirə bilər.

Eritreyadakı bir bazadan hərəkət edən bu qvardiya elitasından seçilmiş Əmirlik qüvvələrinin seçim etdikləri silah, pul dolu çantalar oldu və Cənubi Yəməndəki yerli tayfalara Husilərə qarşı döyüşmələri üçün rüşvət verməyə də əl atırlar.

Narahatverici bir şəkildə, “Əl-Qaidə” ünsürləri də koalisiyanın döyüşçüləri sırasına daxil edildi.

Bu döyüşün tarazlığını dəyişdirib Husilərin geri çəkilməsini təmin etmək üçün “niyə “Əl-Qaidə”nin lazım olduğu” sualına bir Yəmən rəsmisinin verdiyi acı cavab "Ədənlilər döyüşməz" olmuşdu. BƏƏ liderliyindəki müvəffəqiyyətin zirehli qüvvələrlə də davam edib-etməyəcəyi müzakirə edilir. Elit vahidləri saymazsaq, ən yaxşı təchizata sahib olmalarına baxmayaraq, BƏƏ ordusunun xüsusiyyəti mübahisəlidir.

Suriya məsələsi

Riyadın prezidenti Bəşər Əsədin qarşı antipatiyası və onun İranlı dəstəkçilərinə strateji bir məğlubiyyətə uğratma arzusundan görə Suriya də Suudilərin ən üst məsələlərindən biri qalmağa davam edir.

Geridə qoyduğumuz günlərdə bu cəbhədə xeyli diplomatik fəaliyyət reallaşmışdı: ABŞ Dövlət Katibi Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrov və Səudiyyə xarici işlər naziri Adil əl-Cubeyr Dohada görüşdü; Suriya xarici işlər naziri Omana səyahət etdi və bir suriyalı kəşfiyyat şefinin Ər Riyadı ziyarət etdiyinə dair söz-söhbətlər var.

İçəridəki və çöldəki düşmənlərlə savaşmasının yanında, Səudiyyə Ərəbistanının idarəçiləri maliyyə bir problemiylə də məşğul olmaq məcburiyyətindədir.

Neftin bir barelinin qiyməti yenidən 50 dolların altına düşdü və Səudiyyə Ərəbistanı  27 milyard dollar borc alma planlarını açıqladı.

Yəməndə ağır xərclər və Kral Salman taxta çıxdığında xalqın könlünü xoş etmək üçün 32 milyard dollar yaxın “cülus”(yeni hökmdarın taxta çıxarkən əhaliyə verdiyi pul, ziyafət və ya digər formalarda hədiyyə bəxşişləri - red.)  paylaması Səudiyyə xəzinəsini xeyli qurutmuş oldu.

İqtisadi məsələlərdə qərarverici olan Səudi kimdir? İqtisadiyyat və inkişaf şurası başçısı roluna baxılacaq olsa, 29 yaşındakı Məhəmməd bin Səlmanın qərarverici şəxs olması gözlənilər. Və bir daha, bu vəziyyət krallığın qarşısına çıxan çətinliyə işarə edir: Edilməsi lazım olanlarla əldəki resursların hesabları bir-biri ilə uyğun gəlmir. 

Tərcümə: Rüfət Əhmədzadə

Şərhlər

Çox oxunanlar