Ukraynalı siyasətçilər Qərbdən şübhələnir
19.08.2015 17:00 A-reaksiya 2525
Ukraynalı siyasətçilər Qərb liderlərinin Donbass məsələsində Rusiyaya güzəştə gedəcəyindən şübhələnir.
Ukrayna Ali Radasının vitse-spikeri Oksana Sıroid bildirib ki, Avropanın 2 dövlətinin başçısı Ukrayna parlamentinin sədrini konstitusiya islahatları layihəsinə Rusiyanın xeyrinə olan müddəalar daxil etməyə inandırıb.
Yazıda deyilir ki, ukraynalı siyasətçilərinin “dəhşətli yuxusu” təxminən belə görünür: böhranlardan və müharibələrdən, qaçqın axınlarından yorulmuş Avropa heç olmasa bir təhdid ocağından xilas olmağa çalışır və Ukraynaya dəstəyi tədricən azaldacağına dair “sakitcə” Rusiya ilə danışıqlara girir; Rusiyanın iddia etdiyi hegemonluq isə tanınmış olacaq.
Buna görə də, Putin dünyanın digər qaynar nöqtələrində - Suriya, İraq və Koreyada Qərbə yardımçı olacaq.
Bu narahatlıqları ABŞ-a yeni təyin olunmuş Ukrayna səfiri də dilə gətirib. İndi isə oxşar iradların parlament sədrinin müavini Oksana Sıroid tərəfindən dilə gətirilməsi Kiyevdə ciddi narahatlığın olmasından xəbər verir.
Sıroid bildirib ki, Konsitusiya islahatlarının müzakirəsi zamanı Fransa və Almaniya liderləri spiker Vladimir Qroysmana zəng edərək, layihəyə “tamamilə Rusiyanın xeyrinə olan” müddəalar daxil etməyi istəyiblər.
Bir gün sonra dəyişiklilər edilib, növbəti gün isə layihə birinci oxunuşdan qəbul olunub.
Maraqlıdır ki, Sıroid bu təzyiqlərin məhz Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Olland tərəfindən göstərildiyini bildirib.
Qəzetdə yazılana görə, ilk baxışdan “ziyansız” görünən layihədə Donetsk və Luqansk vilayətlərinin yerli özünüidarəetmə forması barədə xüsusi qanundan söhbət gedir və artıq bu qanunun layihəsi mövcuddur. Bu isə, Rusiyanın xeyrinədir.
Sözügedən qanunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland da müsbət qarşılayıb.
Müəllif Ukraynada avropayönlü düşərgədə bu cür “incik” fikirlərin gücləndiyi qənaətindədir. Onun sözlərinə görə, prezident kreslosunda oturan milyarder Poroşenkonun özü də bu qüvvələrin böyük rəğbətinə malik deyil. Görünür ki, Ukraynadakı avropayönlü siyasi qüvvələr Qərbdən gözlədiklərini yetərincə görmədiklərindən narahat olublar.
Şərhlər