İmran Xan niyə istefa verdi? - DETALLAR
04.04.2022 14:48 A-reaksiya 667
"İmran Xanın istefası gözlənilən idi. Məsələ ondadır ki, İmran Xanın bir müddət öncə Rusiyaya səfəri ölkədə ciddi etirazlara səbəb olub. Səfər sonrası müxalifət ölkə parlamentində İmran Xana etimadsızlıq səsverməsi keçirməyə cəhd etdi. İmran Xan isə Parlamentin ona etimadsızlıq təklifini rədd edib. Daha sonra isə o Nazirlər Kabinetini istefaya göndərib.İmran Xan müxalifət təmsilçilərinin onu istefaya səsləməsini ABŞ-ın hökuməti devirməsi olaraq qiymətləndirib. Təsadüfi deyil ki, Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə bir neçə gün öncə Milli Assambleyanı (parlamentin aşağı palatası - red.) buraxdı. Yəni həm Milli Assambleyanın buraxılması, həm də özünün istefa verməsi onun konkret planı əsasında həyata keçirilir".
Bunu Publika.az-a açıqlamasında politoloq Turan Rzayev Pakistanın baş naziri İmran Xanın istefasını şərh edərkən deyib. Baş nazir bildirib ki, hazırda baş verən proseslərin İmran Xanın nəzarətində həyata keçirildiyi görünür:
"Bu mənada mümkündür ki, o yenidən baş nazir seçilsin. Bununla belə hazırda İmran Xanın postuna əsas namizəd, həmçinin onun rəqibi şübhəsiz ki, Müsəlman Liqasına mənsub olan Mian Məhəmməd Şahbaz Şərifdir. Yəni hansısa fors-major hal baş verməsə, İmran Xanı Mian Məhəmməd Şahbaz Şərif əvəzləyə bilər. Lakin hələlik bunun baş verməsi mümkün deyil. Bu gün olmasa da, gec-tez Pakistanda İmran Xan dövrü bitəcək. İmran Xandan sonra hakmiyyətə kimin gəlməsindən asılı olmayaraq Pakistanın xarici siyasətində kəskin dəyişikliklər olacağını düşünmürəm. Pakistanın iqtisadi və xarici siyasəti nəinki Azərbaycan, Türkiyə, heç Böyük Britaniya, ABŞ, Çin, Hindistana qarşı da dəyişməyəcək".
Şərhlər