"Overton pəncərəsi" filmini izləyək... - VİDEO
20.08.2015 12:29 A-reaksiya 3020
Tarix 2015, 26 iyun. Amerika Birləşmiş Ştatları. Ölkənin Ali Məhkəməsi bundan sonra eyni cinsli insanlar arasında evlenmək hüqüqunun konstitusiya haqqı olaraq tanındığını bəyan etdi. Məhkəmə heyətinin qəbul etdiyi qərara əsasən Amerikanın heç bir ştatında eyni cinsli insanlar arasında nigah qadağan olunabilməz və onların bu haqqı bütün ştatlarda tanınmış olacaq.
Birləşmiş Ştatlar prezidenti Barak Obama da, əvvəlcə twitterdə daha sonra kameralar qarşısında bəyanat verdi. Twitterdə “bərabərlik uğrundakı yolumuzda böyük bir addım olaraq” yazan Obama, Ağ Evin baxçasında nitq edərək, “”bu qərardan sonra bütün amerikalıların qanunlar qarşısında eyni qorunduğunu bir daha təsdiq etdiyini dedi. “Bütün insanlar kim olduqlarına və kimi sevdiklərinə baxmayaraq” eyni rəftara məruz qalmalıdırlar. Bu qərar Amerikanın da qələbəsi olduğunu söylədi.
Demokrat partiyasının ölkə prezidenliyinə namizədlərindən biri Hillary Klinton da qərarı, tarixi bir qələbə olaraq qiymətləndirdi. Bundan başqa Ağ ev göy qurşağının rənglərinə boyandı.
Ali Məhkəmənin bu qərarından dərhal sonra ABŞ Dövlət Katibliyinin rəsmi internet səhifəsində, dövlət katibinin aşağıdakı bəyanatı yerləşdirilidi:
“Hardasa yirmi il bundan əvvəl ABŞ Senatında kişi ilə qadın arasında nigahın möhkəmkənməsi haqqında qanun lahiyəsi müzakirəyə çıxarıldığı zaman mən bu qanunun əleyhinə səs vermişdim. Səbəbi isə çox sadədir. Heç bir qanunn qey ve lesbiyan amerikalıları öz aralarında nigah bağlamasını qadağan edə bilməz...”
Daha sonra isə, ABŞ’ın dövlət katibi ölkəsinin gələcəkdəki xarici siyasət prioritetlərindən birini belə müəyyənləşdirir:
Məhkəmənin qərarı planetin tüm nöqtələrinə dəqiq siqnal göndərir: Ayrı seçkiliyə əsaslanan heç bir qanun ədalət dalğasının qarşısında dura bilməz. Biz ölkəmizdə nəaliyyətlərdən qurur hissi keçirdərək bu işi davam etdirəndə qarşımızdakı məqsədləri və aşılması lazım olan bütün əngəlləri nəzərə alacağıq.
Bir başqa ifadəylə ABŞ Xarici siyasətindən məsul olan bu şəxs eyni cinsli insanlar arasındakı nigahın leqallaşdırılmasını bütün dünyanı məcbur edəcəklərini deyir.
Bundan 50 və 100 deyil, bir neçə il əvvəl belə belə bir şeyi ağlımıza gətirəbilərdik mi? Artıq planetin ən güclü dövləti qeyri insanı qanunları qəbul edir və başqa ölkələri də buna məcbur edəcəyini bəyan edir. Nədən bu yaxınlaradək "ağlasığmaz" adlandırdığımız məfhumlar bu gün sürətlə həyatımıza daxil olur?! Nədənsə insanlığı xas olmayan hannibalizm (insanların bir-birini yeməsi), evtanaziya (intihar), eyni cinsdən olan insanların nikahı qəflətən normal hala çevrilməyə başlayıb.
Bütün bunlar doğrudan da insanların dırnaqarası azadlıqları üçün mü edilir? Yoxsa bütün bunların arxasında başqa planlar da mövcüddür? Niyə? Nəyə görə? Son məqsədlər nədir? Baxdığınız bu filmdə məhz bu sualların cavablarını tapmağa çalışacağıq.
Şərhlər