Avropanın İranla bağlı böyük planları - TƏHLİL

20.08.2015 16:48     A-reaksiya     2711

İran üzərindən sanksiyaların tədricən qalxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının kompleks fəaliyyət planı oktyabrın 19-da qüvvəyə minməlidir.

İqtisadçılar artıq İranın dünya bazarına “möhtəşəm” qayıdışı ilə bağlı müxtəlif fikirlər deyirlər.

Əsas sual ondan ibarətdir ki, İranın əsas iqtisadi tərəfdaşı olmaq hüququ uğrunda kimlər mübarizə aparacaq?

ABŞ əsas oyunçu kimi, danışıqlar prosesini donunu açmasıilə diqqəti çəkir. Lakin siyasi liderlik iqtisadi nüfuza zəmanət vermir.

BMT TŞ-nin planı sentyabrın 10-a kimi Konqresdə təsdiq olunmalıdır. Əks halda, Barak Obama Konqresin qərarına veto da qoya bilər ki, bu vetonu da aradan qaldırmaq üçün üçdə iki səs çoxluğu lazımdır.

Problem Obamanın Konqresə təsirində yox, kompleks fəaliyyət planının Amerika ilə bağlı nüanslarıdır.

“Dorsey & Whitney” hüquq şirkətinin analitikləri qeyd edirlər ki, fəaliyyət planındakı ikinci müddəa ABŞ-ın İranla bağlı aktlarının təsirini məhdudlaşdırmır. Hətta BAEA İranın  dinc nüvə proqramına meyillərini təsdiqlərsə də, ABŞ-ın “Iranian Transactions and Sanctions Regulations” (ITSR) 2023-cü ilin “Keçid günü”nə qədər qüvvədə qalacaq. ITSR “Amerika elementləri” olan Avropa şirkətlərinin də İrana sərmayəsini məhdudlaşdıracaq. Heç bir eksport və yataqların işlədilməsi barədə söz də gedə bilməz.

Lakin Avropa İttifaqında vəziyyət başqa cürdür. Aİ-nin Şurası “İran sövdələ. Aİ komissarı Federika Mogerini ilə “Avropa üçlüyü”nün (AFR, Fransa, Britaniya) rolunu yüksək qiymətləndirib.

Vyana danışıqlarından sonra Avropa liderləri bir-birinin ardınca Tehrana səfərlər etdilər. İlk olaraq Almaniyanın iqtisaidyyat naziri Ziqmar Qabrielin səfəriylə başlayan bu “istiləşmə” daha sonra Aİ komissarının, Fransa və İtaliya XİN başçılarının səfərləri ilə davam edib. Loran Fabius özüylə İrana 100 fransalı iş adamı da gətirmişdi.

“Biz avropalı invetsorların ölkəyə qayıdışının şahidi oluruq. Danışıqlardan bəziləri artıq yekunlaşıb və biz beynəlxalq investisiyalar üçün lisenziya təmin etmişik”, - deyə BMT-dəki İran nümayəndəsi M.Xazayi bildirib.

Yalnız son həftələrdə Avropa ölkələri ilə İran arasında 2 milyard dollarlıq müştərək layihələr təsdiq olunub. “Guardian”ın sözlərinə görə, danışıqlara hələ 15 ay qalmış 100-dən çox şirkət (90 faizi Aİ-dəndir) İrana “elçi” göndəriblər. Vyana sövdələşməsinə 2 ay qalmış Frankfurtda 250 alman iş adamı toplaşaraq, İrana sərmayə imkanlarını müzakirə ediblər.

İran rəsmiləri Fransanın “Mirage” qırıcılarını almaqda da maraqlı olduqlarını bildiriblər.

Almaniyanın “Herrenknecht” şirkəti Tehranda metro inşa etmək və digər dəmiryolu layihələrinə də sərmayə qoymaq niyyətindədir. Almaniyanın Linde Group и BASF kimi iri şirkətlərinin nümayəndələri Qabriel ilə birlikdə Tehrana gəlmişdi. Onlar İranın kimya sənayesinə sərmayə yatırmaq fikirlərini açıqlayıblar.

İran həm Avropa üçün yeni bazardır, həm də potensial tərəfdaşdır. Düzdür, İranın dini təmayüllü dövlət quruluşu və ruhanilərin nüfuzu bu ölkə ilə çox yaxınlığa zəmanət vermir. Lakin burda təbii resurslar və insan resurslarının yetərincə olması Avropa iqtisadiyyatı üçün də önəm daşıyır.

Belə olduğu halda, ABŞ İranda Aİ təntənəsini sakitliklə seyr edəcəkmi?

Həmçinin İranla illik ticarət dövriyyəsi 3,5 milyard dollar olan Çin Xalq Respublikası onsuz da sərmayə yatırdığı bu ölkəyə kənar qüvvələri buraxacaqmı?

İran üstündə ciddi rəqabət başlayır. Alman məhsulları İran idxalatında 6,3 faizdirsə, Çinin payı 15 faizdir.

Əsas rəqabət neft-qaz yataqları ətrafında gedəcək. Qaliblər isə 10 il müddətində məlum olacaq.

ABŞ onsuz da İranda xoş qarşılanmır, dövlət qapılarını taybatay açmaq niyyətində deyil. Amma ərəb monarxlarının dəstəyi ilə dolların möhkəmliyini qoruyan Ağ Ev ciddi tədbirlər almağa məcbur qalacaq.

Ya yeni təhdidlərlə, ya da diplomatik gedişlərlə…

Şərhlər

Çox oxunanlar