Cənubi Qafqazda Rusiya və Qərb qarşıdurması - TƏHLİL

20.08.2015 19:01     A-reaksiya     2380

Amerikanın əsas beyin mərkəzlərindən biri olan və “CİA kölgəsi” adlandırılan “Stratfor”un analitikləri son hesabatda Ukraynanın ardınca Rusiya ilə növbəti toqquşma meydanı kimi Cənubi Qafqazı göstərib.

Buna əsas kimi, ilk növbədə NATO-nun yenidən Gürcüstana maraq etməsi və Qarabağ münaqişəsinin “oyandırılması” göstərilir.

 “Startfor” Kəşfiyyat-Analitika Şirkətinin ekspertləri növbəti qarşıdurma arenası olaraq Cənubi Qafqazı görür və bildirirlər ki, Ukraynada artan gərginlik  Azərbaycan, Gürcüstan və Ermənistan kimi post-sovet ölkələrinə də toxunur.

“Tərəflər bir-birinin ardınca irimiqyaslı və uzunmüddətli təlimlər keçirir ki, onlardan bəziləri soyuq müharibə dövründən bəri presedentsizdirlər”.

Analitiklər qeyd edir ki, 2008-ci ildə Gürcüstandakı 8 günlük müharibədən sonra Rusiya yenidən regional güc kimi ortaya çıxdı. Rusiyanın Abxaziya və Cənubi Osetiyada nüfuzunu gücləndirdiyini deyən “Stratfor” analitikləri Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna da diqqəti çəkib.

“Rusiyanın zəif yeri təkcə Azərbaycan idi ki, Rusiya, Türkiyə və Qərbdən güzəştlər əldə etmək üçünöz zəngin enerji resurslarına yatırımlar ediblər.Lakin Rusiyanın Gürcüstan və Ermənistandakı hərbi mövcudluğu Azərbaycana münasibətdə nəzarət funksiyasını da səmərəli şəkildə yerinə yetirib və Bakı həmişə bilib ki, Moskva regionda dominant xarici gücdür”, - deyə hesabatda vurğulanır.

Lakin bununla belə, hesabata görə, Qərb Rusiyaya bölgədə təsirini genişləndirməyə imkan verməyəcək.

“Stratfor”da düşünürlər ki, NATO-nun Gürcüstanda hərbi təlim mərkəzləri və məktəblərinin açılmasını bölgədə möhkəmlənməsi kimi də dəyərləndirmək olar.

Ukraynadakı rusiyayönümlü hökumətin devrilməsində ABŞ və Aİ-nin böyük dəstək verdiyini qeyd edən analitiklər qeyd edirlər ki, Cənubi Qafqazda Qərbin Gücüstanla yanaşı əsas diqqəti Azərbaycana yönəlib və Ermənistanla olan Dağlıq Qarabağ münaqişəsi son zamanlarda gərginləşib və bu heç də təsadüfi deyil.

Analitiklər Bakıdan İrəvana yönələn sərt bəyanatlara və “təhdid”lərin nədənsə Moskva tərəfindən sərt qarşılanmadığına bir növ heyrətlənirlər: “Bunun əvəzinə Rusiya hər iki tərəfi dialoqu qorumağa səslədi. Moskva rəsmiləri bəyan ediblər ki, hər iki tərəfə silah satmağa davam edəcəklər”.

Hesabatda Rusiya ilə Azərbaycan arasında münasibətlərin xeyli yaxınlaşdığı və ikitərəfli görüşlərin artdığı vurğulanır.

Analitiklər əlavə edib ki, bölgədə vəziyyət çətin və gərgin olaraq qalır, bölgədəki proseslər isə Qərblə Rusiya arasındakı qarşıdurmanı daha da dərinləşdirir.

Şərhlər

Çox oxunanlar