Rusiyadan Çinə zərərlə qaz ixracatı - TƏHLİL
21.08.2015 12:01 A-reaksiya 2303
Rusiya ilə Çin arasında nəhəng həcmdə qaz nəqli ilə bağlı imzalanmış müqavilə Rusiya üçün iqtisadi uğursuzluqla nəticələnə bilər.
Almaniyanın “Focus”jurnalının icmalçısı Melxior Poppenin fikrincə, “Sibirin gücü” layihəsi Putin üçün məyusedici olacaq.
Ötən ilin mayında Rusiya Çinlə nəhəng layihə gerçəkləşdirdiyini elan etdi: 30 il ərzində “Qazprom” Yakutiya və İrkutskdan ildə 38 milyrad kubmetr qazı Çinə ixrac edəcək.
Qaz nəqli 2018-ci ildə, inşaat işlərinin bitməsindən dərhal sonra başlamalıdır. Lakin müəllifin fikrincə, 55 milyard dollarlıq bu layihə Moskva üçün uğursuz olacaq.
“Müqavilədə göstərilib ki, Rusiyalı qazının qiyməti Çin tərəfindən, neftin qiymətinə görə müəyyən olunacaq. Problem də elə bundadır”, - deyən Poppe müqavilə imzalanarkən “Brent” markalı neftin bir barelinin qiymətinin 100 dolları keçdiyini, indi isə 50 dollardan az olduğunu xatırladıb
Bundan əvvəl “The Financial Times” qəzetinə tanınmış rusiyalı analitik İldar Davletşin də bildirmişdi ki, neftin hazırki qiymətinə baxanda, “Qazprom” Çinlə bağladığı qaz nəqli müqaviləsindən gəlir əldə etməyəcək.
Ekspertlərin qiymətləndirməsinə görə, danışıqlar vaxtı 1000 kubmetr qaz 350 dollara nəzərdə tutulmuşdusa, indi bu rəqəm 175 dollara düşə bilər. Bu isə “Qazprom” üçün zərərli sövdələşmədir.
Lakin “Qazprom” menecerlərindən biri mətbuta bildirib ki, müqavilədə neftin qiymətinin uzun müddət ucuz qalacağı halda risklərin qarşılanması və zəmanəti nəzərdə tutulmayıb.
Şirkət nümayəndəsi bildirib ki, onlar bu vəziyyətin çox sürəcəyini hesab etmirlər.
Şərhlər