Seçki nəticələri Qərb mətbuatını çox sevindirib

08.06.2015 11:15     A-reaksiya     2236

7 iyun seçkilərindən AKP – nin səs itkisi ilə çıxması seçkidən öncəki yazıları ilə diqqət çəkən Qərb mətbuatında sevinclə qarşılanıb.

ABŞ və Avropa mediasında seçicinin yeni konstitusiya və prezident sisteminə dəstək vermədiyi və HDP – nin məclisə girməsi ilə fikirlər əsas ağırlıqda olub.

Türkiyənin qədərini təyin edəcək seçki nəticələri elan olunmağa başlayandan dərhal  sonra Amerikada nəşr olunan “Wall Street Journal” (WSJ) qəzeti, AKP - nin 2015 – ci il seçkilərində "məğlubiyyətə uğradığı"nı yazıb. İlk gələn nəticələrin, AKP - nin, 2002-ci ildən etibarən davam etdirdiyi təkpartiyalı iqtidarını itirəcəyi yönündə olduğunu qeyd edən WSJ, AKP - nın müxalifət partiyalarından çox səs almasına baxmayaraq, təkpartiyalı iqtidarını itirib, koalisiyaya getməklə qarşı – qarşıya qala biləcəyi ilə bağlı açıqlama verib.

Alman televiziyasının ikinci kanalı ZDF saat 19.00 – da efirə gedən xəbər bülletenində Türkiyədə keçirilən millət vəkili seçkilərinin ilk nəticələrinə görə iqtidar partiyası AKP – nin xeyli səs itirdiyini bildirib. Kanal, ilk təxminlərə görə AKP və prezident Rəcəb Tayyib Ərdoğanın müxalifət partiyaları ilə koalisiya qrumaq məcburiyyətində olduğunu da xüsusi ilə vurğulayıb. ZDF kanalı Türkiyədən bəzi kanalların seçki ilə bağlı analizlərinə də yer verib. AKP – nin əksər bölgələrdə səs faizinin düşməsi qeyd olunub. Seçkilərdə Cənubi Şərqi Anadolu bölgəsində əsasən HDP, CHP, MHP partiyalarının səslərinin yüksəldiyi bildirilib.

 İngilis qəzeti “The Guardian” seçki nəticələrinin prezidenti Rəcəb Tayyib Ərdoğanın fərdi məğlubiyyəti və kürdlərin də zəfəri olduğu şərhini verib. Qeyd edək ki,qəzet seçkidən əvvəl Türkiyəni ən çox tənqid edən nəşrlər arasında idi.

Şərhlər

Çox oxunanlar