Belarusun müharibəyə başlaması Lukaşenkonun sonunu gətirəcək

21.10.2022 18:29     A-reaksiya     794

Son günlərdə Rusiya və Belarus dövlət başçılarının birgə regional hərbi birləşmə yaratmaqları və həmin birləşmədə doqquz minə yaxın rus hərbiçisinin yer alacağı ilə bağlı məlumatlar hər kəsin diqqət mərkəzinə çevrilib. Hamını düşündürən sual isə, Belarusun bu müharibəyə qoşulub-qoşulmayacağıdır.

AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, yaxın zamanda Belarusun müharibəyə qoşulma ehtimalı azdır və son günlərdə artan gərginlik isə Vladimir Putinin taktiki siyasi gedişi ilə əlaqəlidir. Ukraynada aylardı davam edən müharibənin artıq qış mövsümünə yaxınlaşmasını nəzərə alsaq, demək olar ki, müharibənin növbəti həftələri daha intensiv və həlledici olacaq. Bu səbəbdən Ukrayna ordusu qış mövsümü gəlmədən öncə ölkəsinin elektrik enerjisinə olan tələbatının beşdə birini təmin edən Zaporojye Atom Elektrik Stansiyasını və Xerson vilayətini tam olaraq işğaldan azad etmək , Rusiya isə hal hazırda işğalda saxladığı əraziləri qorumaq istəyəcək. Hər iki tərəf üçün son həftələrin həlledici olduğunu nəzərə alsaq, Lukaşenkonun bucür bəyanatları heçdə təəccüblü deyil. Düşünürəm ki, Rusiya Belarus faktorundan istifadə edərək Ukraynanın fikrini yayındırmaq, onun hərbi güvvələrinin bir qismini Donbas və Xerson vilayətindən çəkərək Belarusla sərhədə yönləndirmək istəyir ki, Ukraynanı bir cəbhədən ikinci cəbhəyə yönləndirərək zəifləməsinə nail olsun . Məqsəd qışa qədər Ukrayna ordusunun hücumlarının qabağını almaq, Ukraynanı enerji böhranına və çıxılmaz vəziyyətə salaraq yenidən danışıqlar masasına qayıtmasına nail olmaqdır.

Ancaq görünən odur ki , Putinin bu planı Ukrayna dövləti tərəfindən və xarici kəşfiyyat orqanlarının vasitəsi ilə artıq qabaqcadan məlum olub və təsadüfi deyil ki,  tez bir zamanda Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak Lukaşenkoya cavab olaraq yerli mətbuata açıqlamasında Belarusun müharibəyə qoşulma ehtimalınım heçdə yüksək olmadığını bildirib . Bu o anlama gəlirki , Ukrayna höküməti öz qoşunlarını qaynar nöqtələrdən geri çəkməyəcək və Xerson istiqamətində hücumlarına davam edəcək.

Ancaq unutmaq lazım deyil ki, Ukrayna irəlləyişini davam edəcəyi təqdirdə Putin əlində olan bütün təsir imkanlarından maksimum dərəcədə istifadə edəcək ki, o imkanlardan biridə məhz Belarus faktorudur. Belarusun yaxın zamanda olmasada, uzunmüddətli perspektivdə  bu müharibəyə qoşulacağı qaçınılmaz olacaq. Çünki Rusiya kimi böyük dövlətlərin müharibə zamanı heç vaxt vahid planı olmur. Mütləq şəkildə  A,B və C planlarıda var ki , onların biridə Belarusun Ukrayna ərazilərinə hücumudur. Hətta indidən bunun təməlidə qoyulmaqdadır. Son məlumatlara görə Belarusda hərbi səfərbərliyin başlayacağı ilə bağlı şayiələr yayılır. Fikrimcə Belarusun müharibəyə qoşulması əlbətdə Ukraynanı zəiflədəcək, ancaq məğlub edilməsi üçün yetməyəcək. “Global Firepower 2022” reytinqinə əsasən, Belarus bu gün ümumi hərbi gücə görə 142 ölkə arasında 52-ci yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Ukrayna 22-ci, Rusiya isə ikinci yerdədir. Ancaq hal hazırda Ukraynanın  ABŞ və Qərbin dəstəyi ilə ən müasir müdafiə silahları ilə təmin olunmasını nəzərə alsaq, aydın olar ki Ukraynanın həqiqi reytinqini və gücü daha yüksəkdir. Həmçinin nəzərə almaq lazımdır ki, Belarus Silahlı Qüvvələri II Dünya Müharibəsindən sonra heç bir müharibədə iştirak etməyib və əsgərlərinin 90%-nın hərbi təcrübəsi yoxdurə

 Ona görədə Belarus ordusu əgər geniş miqyaslı müharibəyə qoşularsa , bunun bədəli onlar üçün ağır olacaq . Çünki Belarus xalqının 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra  Batyaya qarşı münasibəti xeyli dəyişib və xalqın bir hissəsi onu dəstəkləmir ,xalqın əksəriyyəti isə ümümiyyətlə Belarusun müharibəyə qoşulmasının əleyhinədir  . Bütün bunları nəzərə alsaq , əgər müharibənin ilk həftələrində Belarus ordusu böyük itkilərlə üzləşərsə, bu Minskdə 2020-ci ildən fərqli olaraq daha geniş və kütləvi etirazlara səbəb ola bilər . Lukaşenkonun ikinci dəfə belə bir kütləni sakitləşdirməsi isə çox çətin olacaq . Düşünürəm ki, bu səbəblər, hazırda Lukaşenkonun müharibəyə qoşulması üçün ən vacib maneələrdən biridir və Lukaşenko müharibəyə qoşulmaqdan maksimum dərəcədə çəkinir. Batyanın bundan sonra Putinin təzyiqləri qarşısında nə vaxta qədər tab gətirəcəyini isə zaman göstərəcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar