İranın Qərblə xain iş birliyi - Hədəf Türkiyədir

25.10.2022 12:33     A-reaksiya     2183

İranın son vaxtlar Azərbaycan və Türkiyə üzərinə aqressiv gedişlər etməsi təsadüfi deyil. Burada əsas hədəf Türkiyədir. Məsələni qısa şəkildə izah etməyə çalışaq.
 
Hamı bilir ki, Azərbaycana qarşı aqressiya Türkiyəyə qarşı aqressiya hesab olunur.
 
Məlumdur ki, Amerikanın Əfqanıstan və İraq işğalında İran Amerika ilə əməkdaşlıq etmişdi. Daha sonrakı dövrlərdə hər iki ölkə İraq və Suriyada razılaşdırılmış şəkildə fəaliyyət göstərdilər və indi də bu şəkildə davam edirlər.
Son illər Yunanıstan Amerika tərəfindən davamlı şəkildə silahlandırılır və bu ölkə tez-tez Türkiyəyə qarşı provakativ addımlar atır.
 
Həmçinin, Türkiyənin cənub sərhədləri İraq və Suriyada PKK, PYD və Amerika orduları yerləşib. Şimalda Ukrayna və Rusiya müharibəsi gedir və Ukrayna qalib gəldiyi zaman orada Amerika ordusu yerləşəcək. Beləcə Türkiyə üç tərəfdən mühasirə altındadır. Qalır Türkiyənin şərq sərhədləri. Orada da Ermənistan və İran yerləşir.
 
Amerikanın üçüncü adamı Nensi Pelosi'nin Ermənistana səfər edib, orada ilan göz yaşları töküb, Türkiyəni Ermənistana qarşı etdiyi addımlara görə tənqid etməsi və erməniləri qızışdırmaları təsadüfü deyildi. Məqsəd Türkiyə, Ermənistan və Azərbaycan arasında sülh və əməkdaşlığın qarşını almaq idi.
 
Bütün bu baş verənlər ərəfəsində İranın ilk dəfə olaraq Azərbaycanı belə açıq şəkildə təhdid etməsi böyük sayda və ciddiliklə öncə Azərbaycan sərhədində, ardınca Türkiyə sərhədində hərbi əməliyyatlar təşkil etməsi heç də təsadüfi deyil.
 
İranın bu addımını heç şübhəsiz gizli və açıq şəkildə Amerika, Fransa və Rusiya dəstəkləyir.
 
Başqa sözlə, İran bu dəfə Qərblə xain işbirliyini Türkiyəyə qarşı tətbiq edir. Beləcə Amerikanın ona həvalə etdiyi rolu icra edib, öz "payını" əldə edəcəyini güman edir.
 
 
“Media Araşdırmaları və Monitorinq Mərkəzi” Analitik qrupu
 

Şərhlər

Çox oxunanlar