Azərbaycanda din uğrunda mübarizə aparan din alimini itirdi

03.03.2023 19:43     A-reaksiya     538

“Bismillahir-rəhmanir-rəhim! Mərhəmət və rəhim sahibi olan Allahın adı ilə İman əhli olan əziz bacı və qardaşlarım! Mart ayının 2-si bizim üçün ağır bir xəbərlə başladı. Azərbaycanda din uğrunda mübarizə aparan din alimi, haqq carçısı İmam Hüseyn məktəbinin fəal üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının ən fəal nümayəndəsi, mənbərlər və mehrablar yaraşığı, din qardaşım Hacı Şahin Həsənlinin vəfat etməsi belimiz əydi, qəlbimizi dağladı, ürəyimizi yandırdı! Hacı Şahinin vəfatı Azərbaycan üçün, İslam aləmi üçün böyük itkidir. Hacı Şahin əvəzolunmaz bir şəxsiyyətdir. Mən, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi, Gəncə İmamzadəsinin ruhanisi, qardaşım, İmam Hüseyn məktəbinin fəal üzvü olan Hacı Şahinin vəfatı münasibəti ilə onun ailəsinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bəyan edirəm ki, qardaşımız Hacı Şahinin vəfatı Azərbaycanın hər bir inanclı, imanlı şəxsinin qəlbini yandırdığı kimi, Gəncə bölgəsindəki dindarları da böyük sarsıntıya məruz qoyub. Gəncə bölgəsindəki dindarları adından da bütün dindarlarımıza başsağlığı verirəm. Əziz qardaşım Hacı Şahinə “Yerin cənnət olsun, ey İmam Hüseyn qonağı!”- deyirəm. Allah rəhmət eləsin!”

Hacı Tahir Abbaszadə

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi səlahiyyətli nümayəndəsi

Şərhlər

Çox oxunanlar