Qarabağda antiterror əməliyyatına hazırlıq başlayıb – Politoloq

17.03.2023 12:11     A-reaksiya     448

“Ermənistan Azərbaycanla mövcud problemlərin həllində faktiki olaraq sülh yolundan imtina edib. Sülhün əldə edilməsi üçün əsas şərt tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Rəsmi İrəvan isə dolayı yolla bundan imtina edir”.

Bu sözləri Globalinfo.az-a politoloq Tofiq Zülfüqarov Azərbaycanın Qarabağda erməni silahlılarına qarşı başlada biləcəyi antiterror əməliyyatı haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqdansa prosesi gərginləşdirir:

“İrəvan hər fürsətdə regiona kənar oyunçuları cəlb etməyə çalışır. Soçi və Brussel görüşlərində qəbul edilən sənədlərə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin biz əməldə bunun tam tərsini müşahidə edirik.

 

Ermənistan faktiki olaraq özünün köhnə işğal və ilhaq siyasətini davam etdirir. Hesab edirəm, bu reallıqlar fonunda İrəvanla sülhdən danışmaq doğru deyil. Ümumiyyətlə, sülh variantı hazırda gündəmdə deyil.

Rəsmi Bakı bu reallıqlar fonunda bütün diplomatik kanallardan istifadə edərək sülhə çağırış edir. Əslində, başa düşürük ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Sadəcə, beynəlxalq təzyiqlə üzləşməmək üçün hələlik diplomatik vasitələrə əl atırıq. Lakin gec-tez antiterror əməliyyatları keçiriləcək, artıq buna hazırlıq başlayıb”.

Şərhlər

Çox oxunanlar