İŞİD-in tarixlə müharibəsi - TƏHLİL
22.08.2015 14:19 A-reaksiya 2537
James Denselow Yaxın Şərq siyasəti və təhlükəsizlik məsələləri mütəxəssisidir. Xarici Siyasət Mərkəzində araşdırmaçı olaraq çalışır.
İŞİD-in Palmira antik şəhəri ilə əlaqədar işləriylə tanınan arxeoloq Xalid Əsədi öldürməsi, tamamilə "tarixlə müharibə" ifadəsiylə üst-üstə düşən bir hərəkət oldu. İŞİD keçmişin idarəsini əlində tutaraq "xilafət" torpaqlarında bir milad yaratma arzusundadır.
Suriyada həftə əvvəlində paytaxt Şamın Duma səmtindəki bir bazar yerinə təşkil edilən, ölü və yaralı sayının yüzlərlə ifadə edildiyi qorxunc hava hücumlarının əks-sədaları hələ sakitləşməmiş, vətəndaş müharibəsi səbəbiylə indiyə qədər dörddəbir milyon insanın həyatını itirdiyi ölkədən bir ölüm xəbəri daha gəldi.
Antik əsərlər və Palmira antik şəhəri mövzusunda mütəxəssis bir ad olan 82 yaşındakı arxeoloq Xalid Əsəd İŞİD tərəfindən başı kəsilərək öldürüldü. Elm adamının öldürülərək başsız cəsədinin şəhər meydanındakı tarixi sütunlardan birinə asılma hekayəsinin detallarını əsla bilməyəcəyik.
YUNESKO-nun Dünya Mirası Siyahısındakı Palmira antik şəhəri ilə bağlı 50 ildən uzun müddətdir tədqiqatlar aparan Əsəd bir aydan çox İŞİD-in əlində əsiridi. Nə qəribədir, şəhəri ələ keçirəndə rejimə aid pis şöhrətli Tedmur Həbsxanasını havaya uçurmadan əvvəl binanın içini filmə çəkən İŞİD indi bu işgəncə və ölüm məkanının yerinə bir başqasını qoyub.
Yaxşı Əsəd nə üçün öldürüldü? Antik əsər ticarəti İŞİD-in ana maliyyə qaynaqlarından biridir. Şəhərdən çəkilmə əsnasında qiymətli əsərlər başqa yerlərə köçürülmüş, ya da gizlədilmişdi.
Bəlkə də, İŞİD Xalid Əsədin bu əsərlərin yerinin bilməsindən şübhələnirdi.
İŞİD-in lənəti
Maraqlı olan budur ki, təşkilatın ustaca hazırlanmış mətbuat açıqlamaları və videolarla eşitdirdiyi cinayətlərinin əksinə, Əsədin ölümünü ailəsinə və bütün dünyaya eşitdirən, Suriya dövlətinin antik əsərlərdən məsul qurumun rəhbəri Məmun Abdulkərim oldu.
İŞİD-in taktikasının beynəlxalq sahədə yaratdığı dəhşətə baxmayaraq, bu təşkilata geniş torpaqlar və əhali üzərində idarəni qorumaq üçün yerlilər daim əhəmiyyət daşıdılar. Və görünür ki, arxeqoloqun öldürülməsi beynəlxalq deyil, daxili xarakterli mesaj oldu.
Güman ki, İŞİD Palmirada xalqın sevgisini və etibarını qazanmaqda çətinlik çəkir və şəhərin ən tanınmış elm adamını öldürmək də Abdulkərimin təbiriylə təşkilatın buradakı "lənət”inin bir parçasıdır..
Bununla birlikdə Əsəd cinayəti IŞİD-in "tarixlə müharibə" ifadəsinə yatır. Əsədin ölümü əsas etibarilə bir zorakılıq cəhdi ola bilər amma təşkilatın keçmiş üzərindəki nəzarəti, bu günə dair ifadəsinin və gələcək vizionunun əhəmiyyətli bir parçası. Köhnə əsərlər, qalıqlar və tarix, IŞİD'in "xilafət" olaraq təyin torpaqlarda bir "milad" yaratma strategiyasının komponentləri.
Palmira'ya dair beynəlxalq qayğılar, buradakı xalqdan çox tarix mirasına fokuslanmış vəziyyətdə. Işidi şəhərə girdiyində, ölkədə yaşanan qanlı qarşıdurmanı daha əvvəllər görməməzlikdən gələn bir çox adam, bölgənin ən əhəmiyyətli tarixi və turistik yerlərindən birinin itkisi ehtimalı qarşısında bir şeylər edilməsi üçün çırpınır oldu.
Birləşmiş Millətlər Təşkilatı İŞİD-in maliyyə qaynaqlarının kəsilməsi məqsədiylə fevral ayında 2199 saylı Təhlükəsizlik Şurasının qərarını açıqladı. Bu çərçivədə "İraq və Suriyada yağmalanan antik əsərlərin ticarətinə qadağa qoyulması" də nəzərdə tutulurdu.
Tarix və tarixçilər
YUNESKO-nun baş direktoru aprel ayında etdiyi bir danışmada, "Tarix və mədəniyyət irsinin qəsdli olaraq məhv edilməsinin bir hərbi cinayət olduğunu" bütün dünyaya xatırladaraq, "Suriyanın tarixini qoruyun" başlığı altında milli bir kampaniya başladıldığını açıqlayıb.
Ancaq Suriyanın tarixi bina və köhnə əsərlərdən ibarət deyil. Keçmişi qorumaq üçün ömrünü elmi fəaliyyətlərə həsr edən Əsəd kimi tarixçilər də bu tarixin bir parçasıdır.
Ortaya qoyulan yeni mexanizmlər antik əsər qaçaqmalçılığını qeyri-mümkün etməsədə, çətinləşdirdi və bu da yəqin ki, İŞİD-in büdcəsinə mənfi təsir edir. Ancaq bu vəziyyətdə eyni mexanizmlər, ticarət dəyərini itirmiş qalıq və əsərlərin daha böyük diametrli təxribata məruz qalmasını da tetikleyebilir.
İyun ayında “Al-Jazeera”ya danışan Palmira sakinlərindən Nasir əl Nasir İŞİD üzvlərinin şəhərdəki bir çox tarixi məkanın ətrafına partlayıcı yerləşdirdiyini söyləyərək belə dedi: "Bir çox bölgəyə partlayıcı yerleşdirdiklərini gördük. Hamımız bu qalıqları havaya uçuracaqlarından qorxuruq. İki yerə mina döşəndiyini təsdiqləyə bilərsiniz”.
Antik bir şəhərə partlayıcılar döşənmiş vəziyyətdə, ən əhəmiyyətli mütəxəssislərindən biri yetirilib cansız bədəni meydanda nümayiş edilir, amma Suriya böhranını həll edəcək və Palmiranı qurtaracaq beynəlxalq addımların atılması hələ uzaq bir ehtimal kimi görünür.
Həm bazar yerinə bombalı hücum təşkil edilən, həm də Xalid Əsədin öldürüldüyü bu həftənin tək müsbət inkişafı isə BMT Təhlükəsizlik Şurasının nadir bir uzlaşma nümunəsi göstərərək "Suriya liderliyində xalqın qanuni tələblərini qarşılayacaq siyasi bir keçid prosesi" başladılması mövzusunda razılaşması oldu.
Xalid Əsədin uğrunda canını verdiyi tarixi və xarab olmuş bu ölkənin gələcəyini qorumaq üçün isə daha çox səylərə ehtiyac var.
Şərhlər