Ermənistanda böhran və Avrasiya ümidləri

22.08.2015 16:42     A-reaksiya     2472

Ermənistanda elektrik enerjisinin qaldırılması əleyhinə etiraz aksiyaları davam edir.

“Oyan, Ermənistan!” Vətəndaş Hərəkatı avqustun 21-də İrəvanda Respublika Meydanında mitinq keçirdi. Polislə əhatələnmiş meydandakı vəziyyət çox gərgin idi.

Polis tərəfindən zorakılıqlar qarşılaşan etirazçılar arasında xeyli həbslər də oldu.

Mitinqlərə davam etmək qərarı qərarı verən təşkilatçılar geri çəkilməyəcəklərini bəyan ediblər. Maraqlıdır ki, hakimiyyət də eyni fikirdədir.

Ermənistanda elektrik enerjisinin artırılması barədə tariflər avqustun 1-də qüvvəyə minib. Bundan əvvəl də “elektromaydan” adlandırılan etirazlara baxmayaraq, əhaliyə bəzi vədlər verən hökumət yenidən qiymətləri artırmaq qərarına qayıtdı. Bununla belə, Ermənistanın İctimai Şurasında Rusiyanın “İnter RAO”ya məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətində gözlənilən auditi şübhə ilə qarşılayıblar. Şuradan bildiriblər ki, bu auditin nəticəsi “bütün sənədlər qaydasındadır, bahalaşma qanunidir” kimi olacaq.

Bir tərəfdən də devalvasiya və işsizliyin dərinləşməsi Ermənistanda narazılıqla qarşılanıb. Hazırda ölkədə ictimai gərginlik hökm sürür. Lakin Ermənistan hakimiyyəti proseslərə həddən artıq nikbin yanaşır və elə bilir ki, son nəticə olaraq güc tətbiq etməklə də məsələni həll edə biləcək.

Ötən il Ermənistanın ixracatı 1,5 milyard dollar dəyərində, idxalatı isı 4,5 milyard həcmində olub. Bu isə Ermənistandan çıxan pulun gələn puldan 3 dəfə çox olması deməkdir. Ermənistan davamlı olaraq xaricdən kreditlər alır və Rusiyadan aldığı kreditlər bir-bir yerli müəssisələrin Rusiya şirkətlərinin ixtiyarına keçməsinə gətirib çıxarır.

Rusiyada yalnız iqtisadi yox, siyasi problemində mövcudluğu əhali ilə hakimiyyət arasında dərin uçurum yaradıb. Əhali mövcud hakimiyyətə etibar etmir. Hakimiyyətin enerji tariflərindən pensiya islahatlarına qədər bütün təşəbbüsləri geniş müxalifət tərəfindən etirazla qarşılanır.

Burda imtinadan və qarşıdurmadan yox, əhalinin yorğunluğundan gedir - illər boyu uzanan sosial-iqtisadi çətinliklərdən və hökumətin hər hansı kiçik problemin qarşısında acizliyindən yorulan əhali artıq nəyinsə dəyişəcəyinə ümid etmir.

Rəsmi statistikaya görə, 2015-ci ildə işsizlik 19 faizə çatıb. 2012-ci ildən sonra iqtisadi artım mənfiyə doğru gedir. Korrupsiya mövzusunda da Ermənistan hakimiyyəti əhali qarşısında bütün etibarını itirib. Sosial göstəricilərə görə, bu ölkə Cənubi Qafqazda ən aşağı yerdə durur.

Əhali arasında Avrasiya İqtisadi Birliyinə ümidlər böyükdür, sosial sorğularda da 75 faizdənçox iştirakçılar bu birlikdə perspektiv gördüklərini ifadə ediblər. Lakin məsələ ondadır ki, istər sorğularda, istərsə də eskpert rəylərində Ermənistanın AİB-ə nə cür töhfə verəcəyi barədə bir qərara gəlinmir.

İdxalat və ixracatda Ermənistanın əsas tərəfdaşları Rusiya, Belarus və Avropa İttifaqıdır. Avropa İttifaqı ilə ticarət əlaqələrinə davam edən, davamlı şəkildə Aİ-dən yardımlar alan Ermənistan  Moskvadan da yardımlar və kreditlər cəlb edir. Avrasiya İnkişaf ankı Ermənistanda yol infrastrukturunun inkişafına 150 milyon dollar kredit ayırıb.

AİB ölkələri ilə quru sərhədləri olmayan Ermənistan əsasən ticarət və gömrük məsələlərində güzəştlər əldə etməklə daxili problemlərini yüngülləşdirməyə çalışır.

Ekspertlərin fikrincə, AİB üzvlüyündə ilk üç il ərzində Ermənistanın iqtisadi artımı 1-2 faiz olmalı, sonrakı illərdə 4 faizə çatmalıdır.

Lakin bunun üçün islahatlar getməli, hakimiyyət investorlar üçün münbit şərait yaratmalıdır.

Hazırda əhalinin sosial etirazları İrəvanda gərginlik yaradıb ki, bunun üçün hakimiyyət və müxalifət arasında da konkret fikir birliyi yoxdur. 

Müxalif siyasətçilər hökumətdə kadr islahatlarını vacib bilirlər, müxalif siyasətçilərdən də ayrı şəkildə, etiraz aksiyalarının təşkilatçılığında yetərincə uğur qazanan ictimai fəallar isə ilk növbədə vergilərin və tariflərin azaldılmasını tələb edirlər.

Bu tələblər Sarqsyan komandası tərəfindən nəzərə alınmazsa, Rusiyanın dəstək və yardımları belə, hakimiyyəi iğtişaşların dərinləşməsindən sığortalaya bilməyəcək.

Şərhlər

Çox oxunanlar