Söz DYP və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindədir...

18.09.2023 21:14     A-reaksiya     2187

Səhər 8-00 dan 10-30-a, 16-30-dan 19-30-a kimi əsas prospektlərdə və Bakı-Sumqayıt yolunda şəxsi minik vasitələrinin idarə olunmasına qadağa qoyulmalıdır.

"Reaksiya.az" xəbər verir ki, bu fikirləri Ümid partiyasının sədri İqbal Ağazadə öz sosial şəbəkə hesabında paylaşımda qeyd edib. O bildirib ki, "Bu gün statusların əksəriyyətində vətəndaşlar şəhərin mərkəzi küçələrində və əsas yollarında tıxaclardan şikayət edirlər. Və haqlıdırlar da... Nə etməli, çıxış yolu varmı? Çıxış yolu çoxdur, şəhərin yükünün azaldılmasından tutmuş, regionların inkişaf proqramının qəbuluna, urbanizasiya məsələlərinə fərqli baxışa qədər... Lakin bunlar idarəetmə məsələsidir, həm də uzun illər buraxılan səhvlərin nəticəsidir. Aradan qaldırılması zaman alacaq. Ən qısa zamanda nə etmək olar ki, insanların ömrü tıxacda keçməsin? Sadə həll yolu var... Səhər 8-00 dan 10-30-a, 16-30-dan 19-30-a kimi əsas prospektlərdə və Bakı-Sumqayıt yolunda şəxsi minik vasitələrinin idarə olunmasına qadağa qoyulmalıdır. Bir şərtlə ki, ictimai nəqliyyat fasiləsiz və say etibarı ilə əhalinin tələbatını ödəməlidir... Söz Azərbaycan Respublikası Dövlət Yol Polisinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinindir..."

 

Şərhlər

Çox oxunanlar