Ermənistan Rusiyanın filialıdır - Fransalı ekspert

24.08.2015 12:02     A-reaksiya     2490

Mən Parisdə Sarbonna Universitetində tələbə olarkən, Rusiya və Avropa coğrafiyası üzrə professorum Yann Riçarddan Rusiya-Ermənistan münasibətləri barədə soruşdum.

Onun cavabı iqtisadi izahdan çox, yetərincə dəqiq ifadə oldu: “Ermənistan... Rusiyanın filialıdır (succursale – fr.)

Səkkiz il ərzində nə dəyişd? Heç bir şey...

Rusiya nəzarətinin və hətta üstünlüyünün bu cür qeyd-şərtsiz qəbul edilməsini anlamaq üçün tarixi və ideologiyanı bilmək lazımdır. Ermənistan 19-cu əsrdə meydana çıxarkən, daha dəqiq desək, 1912-ci ildə Ermənistan milli hərəkatı Osmanlı İmperiyasında və Rusiya Qafqazında yaşayan erməni vətəndaşlaröz ümidlərini Rusiya imperiailizminə bağladı.

Çar Rusiyası erməniləri Osmanlı və Azərbaycan türklərinə qarşı – 1905-ci ildə Azərbaycanda yüksələn patriotizmi qırmaq və 1914-17-ci ildə  Şərqi Anadolunu işğal etməkdə – ancaq öz maraqları üçün istifadə etdi.

Buna baxmayaraq, kiçik bir müddət yaşayan Ermənistan Respublikası (1918-1920) ağ qvardiyaçıları 1919-cu ildə amerikalılara dəyişdi. Soyuq müharibə dövründə Erməni diasporunun əsas təşkilatları sonradan Sovet tərəfinə keçdi və 1970-80-ci illərdə əsas iki erməni terror təşkilatı ASALA və JCAG SSRİ tərəfindən maddi cəhətdən dəstəkləndi.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə böyük dəyişikliyə və müstəqil Ermənistana ümid bəsləyənlər isə indi məyusluğa uğrayıb.

Yerevandakı hökumət 1992-94-cü illərdə Azərbaycanın işğalına rəhbərlik etdi və 1994-cü ildən Azərbaycanın 20 faiz ərazisi işğal altındadır.

ABŞ hökuməti kimi, BMT və Avropa İttifaqı Aərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi zaman, Ermənistandakı kabinetlər ölkəni Rusiyanın və İran mollalarının əlinə verib.

2013-cü ildən Ermənistan Aİ-yə doğru bütün addımların üstündən xətt çəkdi və Avro-Atlantik inteqrasiya ilə bağlı keçmiş planları təxirə saldı. Prezident Serj Sarkisyan bu il belə bir metafora işlətdi: “Erməni konyakı Parisdə satıla bilməz. Amma bu, Rusiyada yaxşı gedir”.

İndi aydın olur ki, Nikolya Sarkozi və Fransua Ollandın bütün səyləri bəhrəsiz qalıb.

Bu, həm Avropa, həm də Amerika liderləri üçün bir dərsdir.

Uyğun olaraq, Cənubi Qafqazdakı yeganə Rusiya hərbi bazası Ermənistanda yerləşir. 2015-ci ilin iyulun 2-də bəyan edildi ki, Rusiyanın ağır silahlarının güzəştlə alınması üçün Moskva Ermənistana 200 milyon dollar kredir verəcək.

Bu, ancaq Ermənistanın Rusiyadan asılılığını daha da artırmır, həm də hökumətin insanların həyatına biganəliyini və qonşularla, xüsusilə də regionun ən qərbyönümlü ölkəsi Azərbaycanla müharibəyə üstünlük verdiyini nümayiş etdirir.

Üstəlik, Ermənistan bütün Qərb ölkələri və beynəlxalq hüquqa qarşı çıxaraq Rusiya tərəfindən Krımın ilhaq olunmasını dəstəkləyib.

Bundan başqa, Ermənistan hökumətinin irredentis siyasəti nəticəsində Ermənistan adambaşına düşən milli gəlirə görə 2013-cü ildə 152-ci yerdə qərarlaşıb. Həmçinin Ermənistan yeganə ölkədir qida problemi yaşayır.

Kor-koranə irredentizm  ölkəni suverenliyini ciddi şəkildə kölgəyə salıb. Amma bunu da başa düşmək olar, çünki 1998-ci ildən hakimiyyətdə olan partiyada bütünlüklə irredentistlərdən ibarətdir.

Prezident Sarkisyan 2011 və 2015-ci illərdə ASALA terrorçuları üçün abidələrin açılışında iştirak edib.

Ermənistanın seçimi var. Ortaq nəticə sadəcə xəritəyə baxmaqla da çıxarıla bilər. Türkiyə, Gürcüstan və Azərbaycan arasında qalan və Rusiya ilə heç bir sərhədə malik olmayan bu dövlət üçün ən rasional seçim Ankara və Bakı ilə münasibətləri nizamlamaq, Aİ və ABŞ yolu tutmaqdır.

Bu faktı görməmək və əməl etməmək Ermənistanın öz maraqlarına da ziddir, nəinki Qərb güclərinin regiondakı strategiyasına.

Maxime Gauin Ankarada yerləşən Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) əməkdaşıdır.

Şərhlər