“İranın məqsədi dünyanı Əsədi dəstəkləməyə məcbur etməkdir” - EKSPERT RƏYİ
09.06.2015 11:23 A-reaksiya 2239

İranın Suriyaya 7 min şiə döyüşçü göndərdiyi iddialarını reaksiya.az üçün şərh edən Orta şərq məsələləri üzrə livanlı ekspert Əli Hüseyn Bakir, İranın Suriya prezidenti Bəşər Əsədn nəticədə iqtidardan gedəcəyini bilməsinə qarşı tipping prosesini təxirə salmağa çalışaraq Suriyadakı nüfuzunu qorumaq üçün zaman qazanmağı qarşısına məqsəd qoyması ilə bağlı açıqlama verib.
Ərəb mətbuatında yer alan xəbərlərə görə, İran, İraq və Əfqanıstandan yığılıb Şam və Lazkiyə bölgəsinə gətirilən minlərlə şiə döyüşçü, Əl Nusra Cəbhəsi liderliyindəki “Fəth Ordusu”nun ələ keçirdiyi bölgələrin yenidən əldə olunması uğrunda başlayacaq əməliyyatda iştirak edəcək.
Suriya və İraqda məzhəbçiliyi alovlandırmaqda günahlandırılan İranın bu son addımı zamanlama və yarada biləcəyi nəticələr baxımından olduqca maraqlıdır. Orta şərq məsələləri üzrə livanlı ekspert Əli Hüseyn Bakir Reaksiya.az – a verdiyi açıqlamada, İranın Suriyaya minlərlə döyüşçü göndərməyinin səbəblərini analiz edib.
“İRAN, Suriyadakı nüfuzunu QORUMAQ ÜÇÜN ZAMAN qazanmağa çalışır”
Bakir, İranın Əsədin əvvəl – axır iqtidardan gedəcəyini çox yaxşı bilməsinə baxmayaraq, ABŞ ilə imzalanması hədəflənən nüvə razılaşmanın taleyi müəyyən edilənə kimi bu tipping müddətini təxirə salmağı qarşısına məqsəd qoyduğunu vurğulayaraq, "Çünki Əsəd devrilsə, ya da ən strateji bölgələri itirsə, Suriyanın gələcəyində İranın təsiri olmayacaq. Buna görə də İran hazırda Suriyadakı nüfuzunu qorumaq üçün zaman qazanmağa çalışır" - deyə şərh edib.
Şərhlər