“İmralıya yaxında yenə heyət göndəriləcək” - Celalettin Yavuz
26.08.2015 11:18 A-reaksiya 2427

Təqaüddə olan dəniz qərargah komandanlarından Prof. Dr. Celalettin Yavuz Türkiyədəki həll prosesinə bağlı dəyərləndirmələrini mətbuata paylaşıb.
AKP sədri və baş nazir Əhməd Davudoğlu, digər partiyaların liderlərinə və millət vəkillərinə zəng edərək, hökumət qurulması ilə bağlı məsuliyyəti paylaşmağa dəvət edib.
AKP olaraq hər yolu sınadıqları halda digər partiyalar tərəfindən bu müddətdə tənha qoyduğunu deyən Davudoğlu bildirib ki, terrorun yüksəldiyi bu kritik dövrdə ölkəni sağlam bir şəkildə seçkiyə aparmaq üçün işlərin görülməsinin vacibliyini ifadə edib.
Yaxşı, bəs müxalifətin bu çağırışlara cavabı nə olacaq? Siyasi inamsızlığın davam etdiyi və terror hadisələrinin artdığı dövrdə müxalif partiyalar, baş nazirin çağırışlarından sonra mövqelərini dəyişdirəcəkmi? Müxalifətin mövqeyi dəyişməzsə, AKP hansı addımları atacaq?
Mövzuyla əlaqədar Reaksiya.az - a açıqlama verən təqaüddə olan dəniz qərargah komandanlarından Prof. Dr. Celalettin Yavuz bildirib ki, AKP ilə PKK-nın bəzən bu gərginliyin həlli üçün müzakirələr apardıqları müşahidə olunub: “İndi seçkilərə az bir zaman qalıb. Çox yaxın bir dövrdə PKK lideri Öcalanın yanına bir heyət göndərilərək sülh mesajı alına bilər. Ondan sonra silahlar müvəqqəti olaraq susdurula və seçkilərə getmək ola bilər. Seçkilər keçirilərkən, yenə “razılaşdıq, sülh prosesi davam edir, analar ağlamayacaq” - deyə bir mesaj verilsə, çaşmayın. Mən Davudoğlu və AKP – dən belə bir cəhd gözləyirəm. Digər partiyaların münasibətlərində isə bir dəyişiklik olmayacağını düşünürəm".
Şərhlər