Nüvə savaşı planları yeniləndi – Ordulara ard-arda təlimatlar

25.08.2024 18:34     A-reaksiya     142

Şimali Koreya ABŞ-ın yenidən işlənmiş nüvə strategiyasına cavab olaraq, öz nüvə potensialını daha da gücləndirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Reaksiya.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Pxenyan Vaşinqtonu Cənubi Koreya və Yaponiya da daxil olmaqla Asiya-Sakit Okean bölgəsindəki ittifaqı nüvə əsaslı hərbi bloka çevirməkdə ittiham edib.

Bəyanatda qeyd olunur ki, Şimali Koreya həmişə olduğu kimi, ABŞ-ın təhlükəli nüvə mövqeyini yenidən tənzimləməsi nəticəsində yarana biləcək hər hansı təhlükəsizlik problemini nəzarətdə saxlamaq və aradan qaldırmaq üçün öz strateji gücünü hər şəkildə artıracaq və istənilən nüvə təhlükəsinə qətiyyətlə müqavimət göstərəcək.

“Bu, regional sülh və təhlükəsizliyin təmin edilməsi və özünü qorumaq üçün özünümüdafiə hüququnun ən əsas və qanuni tətbiqidir”, – bəyanatda vurğulanır.

“The New York Times” qəzeti bundan əvvəl yazmışdı ki, Prezident Co Bayden martda Amerika ordusuna ilk dəfə olaraq ABŞ-ın nüvə çəkindiriciliyi strategiyasını yenidən təşkil etmək, xüsusən də Çinin nüvə texnologiyaları və silahlarına qarşı sürətlə genişləndirilməsinə diqqət yetirmək təlimatı verib.

Məlumatda Ağ Evin Baydenin qərarını açıqlamadığı, “Nüvə Yerləşdirmə Bələdçisi” adlı strategiyada Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə toqquşmalarına qarşı hazırlıq planlarının olduğu iddia edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar