Ermənilər Azərbaycana qarşı təxribata hazırlaşır – Tarix bilindi

28.08.2024 11:28     A-reaksiya     264

ABŞ Konqresində Azərbaycana qarşı daha bir “tədbir” keçiriləcək. Budəfəki təxribat barədə məlumatı Amerika Erməni Milli Komitəsi (ANCA) verib. Belə ki, bəzi konqresmenlər və ictimai xadimlər sentyabrın 19-da Kapitolidə toplaşacaqlar.

Tədbirdə 2023-cü il sentyabrın 19-20-də antiterror əməliyyatından sonra Qarabağı könüllü tərk edən ermənilərin geri qaytarılması üçün proqram müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh prosesində aktiv rol almağa çalışan ABŞ-ın bu addımı birmənalı qarşılanmır. Rəsmi Vaşinqton həm bir an əvvəl sülh müqaviləsinin imzalanmasını istədiyini bəyan edir, həm də ölkəmiz əleyhinə təxribatçı addımlar atır.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ Cənubi Qafqazda sülhün əldə olunması barədə bəyanatlar versə də, reallıqda sülhlə bağlı anlayışı fərqlidir:

“ABŞ-ın sülh istəyi Ermənistanın üstünlüyünü təmin etmək və Azərbaycana diktə etmək şəklindədir. Bir tərəfdən sülh istəyir, digər tərəfdən Ermənistan ərazisinə hərbi kontingent yerləşdirir. Düzdür, ABŞ-ın Azərbaycandakı səfirliyi bunu rədd edir, ancaq konkret faktları təqdim etməyib. Eyni zamanda ABŞ Konqresində ermənilərin əmrinə müntəzir duran konqresmenlər var.

Dəfələrlə deyilib ki, ermənilər öz istəkləri ilə Qarabağı tərk ediblər. Azərbaycan öz təklifini verib. Onların həmin ərazilərdə yaşaması üçün Azərbaycan qanunlarına tabe olması lazım idi. Tutaq ki, o erməniləri zorla orda saxladıq. Onda da deyəcəkdilər ki, insanları girov götürüblər.

Təəssüf ki, ABŞ-da sülhü istəməyən qüvvələr çoxluq təşkil edir. Həmin qüvvələr nəzərə almalıdır ki, bu həm də ABŞ–Azərbaycan münasibətlərinə təsir edir. Ağ Evdə oturanlar da yaxşı bilirlər ki, hazırda Azərbaycan olmadan regionda hansısa layihənin həyata keçirilməsindən söhbət gedə bilməz”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar