Özbəkistan İslam Hərəkatının axırı
26.08.2015 14:29 A-reaksiya 2573

Reaksiya.az Özbəkistan İslam Hərəkatının İŞİD-ə qoşulması haqqında Orta Asiya üzrə ekspert Bruce Pannierin məqaləsini təqdim edir:
Özbəkistan İslam Hərəkatının (ÖİH) indiki lideri Osman Qazinin avqustun əvvəlində Orta Asiyadakı bir qrup olaraq İŞİD-ə sədaqət andı etdiyinə dair xəbərlər yayılıb. O, 2014-cü ilin sentyabr ayında ÖİH-nin İŞİD-i dəstəklədiyini bildirib, amma İŞİD-ə qoşulmaqdan bəhs etməyib.
Qazinin keçən il tərəddüd etmək üçün ağlabatan əsasları var idisə, indi də İŞİD-ə qoşulmaq üçün əsasları var.
Osman Qazinin özünü İslam dövləti adlandıran İŞİD-ə sadaqət andı içməsi, ÖİH-nın onu dəstəkləməsilə bağlı suallar meydana gəlib.
RFE/RL radiosunun yerli olaraq Azadlıq deyə tanınan Türkmən Xidməti ÖİH-dəki mövcud vəziyyət, son dəyişikliklər, bunun ÖİH-nin gələcəyinə təsiri və ən əhəmiyyətlisi də Osman Qazinin kim olduğu, onun ÖİH-nin lideri olmaq üçün nə kimi xüsusiyyətlərə sahib olduğu haqqında dəyirmi masa təşkil edib.
RFE/RL-nın yerli olaraq Ozodlik deyə tanınan Özbək Xidmətindən iki üzvünun rəhbər Alişer Siddiq ve Seraceddin Tolibovun iştirak etdiyi dəyirmi masaya Azadlıq radiosunun rəhbəri Məhəmməd Tahir rəhbərlik edib. Dəyirmi masada mən də iştirak etmişəm.
Qazi haqqındakı bu məlumat son illərdə ÖİH liderlərinin Taliban müttəfiqləri olan gərgin münasibətlərini nəzərə alarsaq süpriz olmadı. Osman Qazi və ÖİH-nin digər üzvləri Taliban lideri Molla Ömərin uzun müddətdir ortalarda görünməməsini tənqid edirdi. 2013-cü ildə Taliban lideri Ömərin ölüm xəbərinin açıqlanmasının ardından Qazinin İŞİD-ə sədaqət andı içdiyi haqqında xəbərlər yayıldı.
Dəyirmi masada iştirak edənlər İŞİD-in tərəfinə keçməyin başqa bəzi əsas səbəblərinin də olduğunu müdafiə ediblər.
Tolibova qeyd edib ki, ÖİH üzləşdiyi maddi çətinliklər səbəbiylə İŞİD-ə qoşulmaq məcburiyyətində qalıb. O, Körfəz ölkələrindən gələn ehtiyatların azalması nəticəsində qrupun tək başına fəaliyyət göstərməsi üçün çalışdığını bildirib.
Hədəfdə dəyişiklik
2001-ci ilin sonlarından etibarən ÖİH üzvlərindən çoxu Pakistan tayfalarına məxsus ərazilərdə yaşayırdı. Onlar ABŞ ordusunun Əfqanıstanın şimal-şərq əyalətlərində yerləşən qrupa aid sığınacaqları bombalaması nəticəsində Əfqanıstandan qaçıblar. ÖİH tayfaların yaşadığı ərazilərdə Taliban və Əl-qaidəyə qoşuldu, Əfqanıstana sərhəddən kənar hücumlar həyata keçirdi, Pakistan qüvvələrinə qarşı mübarizəsini artırdı.
ÖİH-nın lideri Cümə Namangani 2001-ci ilin noyabr ayında ABŞ-ın Əfqanıstanın Qunduz əyalətində həyata keçirdiyi bombardman nəticəsində həyatını itirib. Ondan sonrakı iki ÖİH lideri (Tahir Yuldaş və Ədalətli Osman) də ÖİH-nin tayfaların yaşadığı regionlarında olduğu zaman hava vasitələri ilə həyata keçirilən hücumlarda ölüb.
ÖİH-nin Pakistanda qaldığı illərdə hədəfləri dəyişib. Özbək hökumətini devirmək qayəsinin yerini tayfaların yaşadığı regionlarda həyatda qalmaq mübarizəsi alıb. Qrup tədricən, Əfqanıstan-Pakistan sərhədindəki dağlıq bölgədə hərbi-siyasi mübarizənin bir parçası olub.
Siddiq Qazinin andının qrupu istənilən formada orijinal hədəflərinə daha yaxın etdiyini iddia edib.
“ÖİH bu məntiqlə orijinal ideallarına qayıdır. Bu da geniş bir bölgədə xilafət qurmaqdır" deyə bildirib.
Əsas bazasını Pakistanda saxladığı müddətcə ÖİH-nin özünə Orta Asiyadan kadr tapması çətin olacaq. Siddiqə isə qeyd edib ki, ÖİH indi "daha çox kadr və daha fanatik gənclər” tapa bilər. Siddiq ÖİH-nin İŞİD-in tərəfinə keçərək, Əfqan və Pakistan təhlükəsizlik qüvvələrinə tələlər quran və hücum edən xadim bir qrup olaraq görülmək əvəzinə, özünü "əsl cihad üçün mübarizə etməyə" hazırladığını deyib.
Qazinin çıxışı ÖİH-nin internet saytında dərc olunub. Ona görə də bunlar qrup liderinin rəsmi ifadələridir. Amma hazırda Əfqanıstandakı vəziyyət son dərəcə mürəkkəbdir və Pakistanda tayfaların yaşadığı bölgələrdən Əfqanıstanın şimalına qədər geniş bir əraziyə yayılan ÖİH liderlərindən neçəsinin liderlərinin çağırışına tabe olduğu və ya olacağı müəyyən deyil.
Taliban zəifləyib??
Pakistan təhlükəsizlik qüvvələri tərəfindən Pakistandakı ÖİH döyüşçülərinin çoxu 2014-ci ilin baharında Şimali Vəziristanda aparılan geniş miqyaslı hərbi əməliyyatlar səbəbilə Əfqanıstanın şimalına sürgün edilib. Həmin ÖİH döyüşçüləri orada uzun müddətdir müttəfiq olduqları Talibana qoşulublar. Əfqan rəsmiləri Əfqanıstanın şimalında bu il şiddət hadisələrində görünən böyük artımın səbəbinin Özbək xadimləri olduğunu düşünür.
Qazi bəyanatını Pakistanda tayfaların yaşadığı regionlarda etdiyi güman edilir. Amma onun qüvvələrinin böyük hissəsi Talibanın yanında Əfqan hökumət qüvvələrinə qarşı mübarizə aparır və Taliban liderləri də daha əvvəl İŞİD-in Əfqan işinə qarışmasını tənqid etmişdi.
Siddiq ÖİH-nin Talibanla böyük bir münaqişədə olduğunu, onun, Talibanın açıqlamalarının hər keçən gün daha millətçi hal aldığını və onların getdikcə daha Puştut tərəfdarı millətçilər olduqlarını iddia edib. Amma, əlbəttə, bu münaqişə Əfqanıstanın şimalında Talibanla yaşayan alt təbəqə xadimlərə deyil, yalnız tayfaların yaşadığı regionlarda yerləşən ÖİH liderlərinə məxsus bir haldır.
Osman Qazinin ÖİH döyüşçüləri tərəfindən nə qədər dəstəkləndiyi haqqında şübhələr var. Təşkilat hər ÖİH lideri öldürüləndə bölündü. (Bir vaxtlar ÖİH-nin bir hissəsi olan İslam Cihad Birliyini nümunə kimi göstərmək olar).
2012-ci ildə Adil Osmanın öldürülməsindən və Qazinin lider seçilməsindən sonra da ÖİH-nin bölündüyünə dair sübutlar var. Onlardan bir qrup Əl-qaidə terrorçularına qoşulmaq üçün Suriyaya gedib.
Tolibov isə, indi Suriyada Katibut İmam Əl-Buharidən [qrup] yüzlərlə adam var. Bunlar Sələfdirlər, Vehhabidirle deyib. O, həmçinin qeyd edib ki, Özbəkistan İslam Hərəkatı həmişə Hənəfi məzhəbindən olmasıyla qürur duyub".
Başqa bir qrup da Əfqanıstanın şimal-qərbində 2013-cü ilin aprel ayından zorakılıq hallarının artmağa başladığı Faryab əyalətinə giriblər.
Qazi naməlum biridir
Osman Qazi haqqında çox məlumat yoxdur.
Tolibov qeyd edib ki, Qazı haqqında tək bildiyimiz məlumat Özbəkistanın paytaxtı Daşkənd şəhərindən olmasıdı.
"O, savadlı Sovet ailəsində dünyaya gəlib. ÖİH döyüşçüləri arasında da populyar deyildi, yaxşı insan tanınmırdı".
Siddiq Qazi haqqında hazırlanan Özbekistan Milli Təhlükəsizlik Xidməti (MGS) tərəfindən idarə edildiyinə inanılan bir saytdan alınan bir hesabatı vurğulayıb. Hesabatda "Mihailov" adlandırılan təhlükəsizlik xidmətinin rəsmisi Qazi haqqında qeyd edib ki, o, çox hörmət edilən biri deyil, amma demək olar ki, lap əvvəldən bəri ÖİH ilə birlikdədir. O qeyd edib ki, Qazi hələ 30 yaşında Özbəkistandan çıxıb və Tacikistana gedib ÖİH-ə qoşulub.
Özündən əvvəlki üç ÖİH liderindən fərqli olaraq Qazinin döyüşçü olaraq hər hansı bir şöhrəti yoxdur. ÖHİ-dəki illərinin böyük hissəsini döyüş bölgələrindən uzaq keçirdiyi hesab olunur. Siddiqə deyib ki, keçmiş lider Tahir Yuldaşın əksinə Qazi “Quran”dan tez-tez sitat gətirmir.
ÖİH-nin yaxın gələcəkdəki aqibəti isə əsasən Talibanın durumu ilə bağlıdır.
Siddiq bildirib ki, Qazi ancaq Taliban bölünməyə başlayan zaman ÖİH-i İŞİD-ə qoşulacaq sözü verib. Taliban parçalanma isə Molla Ömərin öldüyünün rəsmən təsdiqlənməsindən sonra meydana çıxıb. Taliban mövcud vəziyyətdə ÖİH-nin İŞİD-ə qoşulmasının qarşını ala biləcək vəziyyətfə deyiı. Hətta Əfqanıstanda çox sayda ÖİH döyüşçüsünün olması onun mövcudluğuna təhlükə təşkil etsə belə...
Əfqanıstanın şimalında qara İŞİD bayraqları görüldüyünə dair xəbərlər gəlməməsi səbəbilə oradakı ÖİH döyüşçüləri 20 ildir müttəfiqləri olan Talibanın yenidən güclənib güclənməyəcəyini, yeni lider Molla Mənsur ətrafında birləşəcəyini görmək üçün gözləyirlər.
Şərhlər