Belarus prezident seçkilərindən nə gözləyir? - Qlobal Strateji Mərkəzinin rəhbərinin müşahidələri

26.08.2015 22:52     A-reaksiya     2425

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyə qovuşan Belarus, artıq 2015-ci ilin prezident seçkiləri hazırlıqlarına başlayıb.

Son dövr beynəlxalq siyasi proseslər nəzərə alındığında, 2015-ci ilin prezident seçkisi Belarus siyasi həyatı üçün çox əhəmiyyət kəsb edir. Mart 2006 və dekabr 2010 seçkilərinə baxdığımızda, bu iki seçkiin də nəticələri cəmiyyətdə qarışıqlığa səbəb olmuşdu.

Xüsusilə, müxalif qanadın Qələbə Meydanında etmiş olduqları tədbirlər və bu hərəkətlərə qatılan təxminən 10 min nəfərlik kütlənin hərbi müdaxilə ilə dağıdılması, Avropa mətbuatında narahatlıqla qarşılanmışdı.

Bəyanatlarında liberal hava əsdirən Aleksandr Lukaşenko praktiki məsələdə tam bir fiasko sərgiləyib.

Xüsusilə, 2010-cu il dekabr seçkilərində müxalifətə tətbiq etdiyi sərt müdaxilə və seçki yarışındakı 4 rəqibinə həbs qərarının çıxarılmasında baş rol oynayıb.

Onun həmin seçkilərdə topladığı səs nisbəti 80 faizəçatan Lukaşenko mətbuat və hərbi gücü arxasına alaraq zəfərini qanuniləşdirmə yolunu hər seçki sonrası təkrarlayıb. Bu hadisələr özü və təxminən 30 komanda yoldaşına Avropa Birliyi tərəfindən viza embarqosu tətbiq edilibvə ticarət əlaqələri təxirə salınıb.

Dekabr 2010 sonrası Lukaşenko, izlədiyi siyasi yolda radikal dəyişikliyə getməyə başlayıb.

Xüsusilə “Yumşaq güc” anlayışı üzərində xeyli açıqlamalar  verən prezident, beynəlxalq təşkilatlar və humanitar yardım məsələlərində aktiv rol oynamağa başlayıb.

Həmçinin təbii fəlakətlər nəticəsində zərər görən ölkələrə qida yardımları göstərməsi beynəlxalq ictimaiyyətdə təqdirlə qarşılanıb.

 

Dağılan communist sistemi sonrası iqtisadiyyatı heç cür istənilən səviyyəyə çatdıra bilməyən Belarus 2010 sonrası atdığı addımlar və xarici investorların diqqətini çəkmək  üçün  elan olunan yeni təşviq paketləri ilə xarici investisiyanın ölkəyə gəlişini təmin etdi.

Xüsusilə paytaxt Minsk istər turizm, istərsə də beynəlxalq iş dünyasının marağını çəkməyə başlayıb.

Rusiya- Ukrayna böhranında problemin həlli istiqamətində aktiv rol oynamaq istədiyini hər fürsətdə dilə gətirən prezident Lukaşenko, qapılarını həm Arupalı diplomatlara , həm də rus diplomatlara açaraq problemin həlli prosesində mühüm rol oynayıb.

Prezident Lukaşenko, belə demək olarsa Belarusun üfüqünü genişlətdi və izlənilən siyasi yolda köklü dəyişmələr onu bölgədə əhəmiyyətli bir oyunçuya çevirdi.

 Yeni kabinetdə gözlə görülən, qərbli düşünən gənc siyasətçilərə fürsət verməsi Lukaşenkoya beynəlxalq ictimaiyyətdə bal qazandırmağa davam edir.

11 oktyabr 2015-ci ildə reallaşacaq  prezident seçkisinin favoriti mövcud prezident Lukaşenkodur.  O,sorğularda üst sırada yerini qorumaqdadır və hazırkı vəzifəsində qalacağı görünür.

Son dövr iqtisadi islahatlarvə beynəlxalq arenada  dövlətçilik baxımından mənada azad kurs Belarus xalqı tərəfindən təqdirlə qarşılanmaqla yanaşı, milli sahədə müxalif səslərə daha çox söz haqqı və məclisdə təmsil haqqı verilməsi istənilir. Təəssüf ki, hazırkı sistem içində müxalif səslər nə susdurulub müstəqil və müxalif media orqanı olan “Naradnoja Wolja” qəzeti, Hörmətli Lukaşenko tərəfindən bağlanılıb və nəşr redaktoru bir sıra zorakılığa məruzqalıb..

Ümumi mənada Belarusun siyasi mənzərəsi göz önünə alındığında, hörmətli prezident Lukaşenko, qısa zamanda olmasa belə, uzun birv vaxt kəsimində Belarus xalqı üçün xüsusilə iqtisadi vəziyyət və beynəlxalq möhtərəmlik nöqtəsində Belarus dövlətini irəli nöqtələrə daşıyacağı ehtimal olunur. Hörmətli prezidentiRusiya ilə əlaqələrinin yaxşı səviyyədə olması ilə yanaşı Ukrayna böhranından sonra Qərb dövlətlərlə də yaxşı əlaqələr qurması uzun zaman böyük bir uğur təmin edəcək.

Şərhlər