Rəqəmsal platformaların silaha çevrilməsin - Azərbaycan üçün Önəmli Dərslər
18.08.2025 16:25 A-reaksiya 191

2025-ci ilin yazında baş verən İsrail ilə İran arasındakı 12 günlük silahlı qarşıdurma, müasir döyüş strategiyalarının və texnologiyalarının tətbiqi baxımından regionda yeni bir mərhələnin başlanğıcını qoydu. Bu qısa, lakin yüksək intensivlikli müharibə, xüsusilə İsrailin tətbiq etdiyi innovativ mübarizə metodları ilə diqqət çəkdi. Hadisələrin təhlili, həm region dövlətləri, həm də Azərbaycan üçün mühüm nəticələr çıxarmağa imkan verir.
Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, İsrail bu müharibədə mövcud olan sosial şəbəkələri və mesajlaşma platformalarını – o cümlədən WhatsApp və digər messencerləri – birbaşa hücum alətinə çevirməyi bacardı. Azərbaycan da İsrailin tətbiq etdiyi yeni mübarizə metodlarından nəticə çıxarmalı və aşağıdakı əsas məqamlara diqqət yetirməlidir.
1. İsrail mövcud olan rəqəmsal platformaları, o cümlədən WhatsApp və messencer yazışmalarını hücum vasitəsinə çevirməyi bacarması;
2. İranın idarə edilməsində iştirak edən hərbi-siyası liderlərin yerdəyişməsi, iş və istirahət ünvanları, maşınları və yazışmaları İsrailin daimi nəzarət altında saxlanılması;
3. Tehranın mərkəzində yüksək rütbəli iranlı komandirlərin hətta yataq otağında tapılıb aradan qaldırılması İranın xüsusi rabitə sisteminin yararsız olması və ya ümumiyyətlə belə bir sistemin olmaması;
4. İranda dövlət idarəedilməsində şifrəli rabitə vasitələrindən istifadə edilməməsi;
5. İran ərazisi bu müharibədə həm İsrailin yeni silahlı və hibrid mübarizə metodlarının sınaqları və inkişafı üçün, həm də ABŞ-nin bunker əleyhinə bombaları üçün poliqon rolunu oynaması;
6. İrana qarşı istifadə edilən müasir informasiya texnologiyaları yaxın və orta perspektivdə baş verə biləcək müharibələrin əsas elemrntlərindən olması, bu məqsədlə Azərbaycan olaraq beynəlxalq İT şirkətləri və proqram təminatı istehsalçıları ilə sıx əlaqələrin qurulması, bu məqsədlərlə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə zəruri olan əlavə imkanların yaradılması;
Şərhlər