Qırğız somunun məzənnəsi də yüksəlib - Qazaxıstanlı politoloq

27.08.2015 15:04     A-reaksiya     2331

Son günlərdə Orta Asiya ölkələrində ciddi devalvasiya müşahidə olunur. Bəs bu devalvasiya önümüzdəki günlərdə hansı formada davcam edəcək? Bu sualı Reaksiya.az - a eksklüziv cavablandıran qazaxıstanlı politoloq Eduard Eduardoviç Poletayev bildirib ki, təngənin üzən məzənnəsi müvəqqəti olaraq Qazaxıstanın Mərkəzi Asiya üzrə xarici ticarətinə mənfi  təsir edəcək. O qeyd edib ki, Mərkəzi Asiyadan olan əsas alıcılar Tacikistan, Qırğızıstan, Özbəkistan kimi ölkələr Qazaxıstandan dəni, unu və yanacağı daha baha alacaqlar: "Məhz təngənin üzən məzənnəsinə görə qırğız somunun məzənnəsi yüksəlib və bu əhalinin gəlirinə ciddi təsir göstərib. Ticarət artım tendensiyasına malikdir,amma Mərkəzi Asiya ölkələrinin əsas ticarət tərəfdaşları regionun hüdudlarından kənardadır. Bunlar bir qayda olaraq Çin, Rusiya və Avropa İttifaqıdır".

Politoloqun fikrincə, rəsmi səviyyədə aparıldığı üçün  siyasi münasibətlərdə problemlər gözlənilmir: “Qırğızıstanın Avrasiya iqtisadi ittifaqına daxil olması Mərkəzi Asiyada geosiyasi reallığı bir qədər dəyişib. Belə ki, 5 ölkədən yalnız Türkmənistan heç bir ittifaqa daxil olmadan neytral dövlət olaraq qalır.Onun sözlərinə görə, Qazaxıstan və Qırğızıstan gömrük sərhədlərini açdığı üçün burada iqtisadi və siyasi əlaqələrin fəallaşması və Tacikistanın Avrasiya iqtisadi ittifaqına daxil olmaq cəhdlərində fəallıq göstərəcəyi gözlənilir”. 

Şərhlər

Çox oxunanlar