Ermənistanda nümayişlər artan templə davam edir - EKSPERT RƏYİ

02.09.2015 11:31     A-reaksiya     2613

İşğalçı Ermənistanda etirazlar daha da artır. İşğalçı dövlətdə baş verən hadisələri təhlil edən Kafkasam(Qafqaz Strateji Araşdırmalar Mərkəzi) rəhbəri Hasan Oktay bildirib ki, ötən aydan başlayan və elektrik enerjisi qiymətlərinin artmasından qaynaqlanan a etiraz aksiyaları günü-gündən genişlənir: “Ermənilər “Talana xeyr” deyərək hər gün İrəvanın Teatr meydanından Azadlıq meydanına qədər olan mərkəzi prospekt boyunca nümayişlər keçirir. Bu nümayişlər onu göstərir ki, dünyadakı iqtisadi çətinliklər, qeydiyyatdan kənar xarici iqtisadiyyatla ayaqda duranlar ilə dövlətə yaxın qaynaqları istifadə edənlərin xoşbəxt yaşadığı kiçik bir azlığın xaricində Ermənistanda sadə vətəndaşların həyatı hər gün daha da çətinləşir.

Rusiyadakı iqtisadi böhran ən çox Ermənistana təsir edib. Bu azmış kimi bir də Ermənistanın çiynində Qarabağ yükü var. Ermənistan büdcəsinin az qala 3/1 - ni xərcləyən dağlı Qarabağ hakimiyyəti hər bir Ermənistan vətəndaşının cibindəki pulunun az qala yarısını mənimsəyir. Bu şərtlər altında Ermənistanda yaşamaq demək olar ki, qeyri-mümkündür.

Vəziyyətin bu qədər gərginləşdiyindən sonra kimlərinsə Ermənistan üzərindən əmaliyyatlar həyata keçirməsinə gərək qalmır, Ermənistan zatən daxildən dağılmağa başlayıb. Dolanışıq səviyyəsi çətinləşdiyindən vətəndaşlar küçələrə çıxır, ölkəni tərk edirlər.  Ukrayna böhranından sonra katolik ölkələri və Avropa İttifaqına daxil olan ölkələr Rusiyaya qarşı yeni bir cəbhə yaratmaq üçün Ermənistanda Rusiyaya qarşı hərəkat alovlandırıblar. Rusiyanın idarəsinin təsirində olan Ermənistan vasitəsiylə bu hərəkatı bütün Rusiya torpaqlarına yaymağa çalışırlar.

Bu səbəbdən də Ermənistandakı hadisələrin dayanmadan davam edəcəyi və bu etiraz aksiyalarının Rusiya torpaqlarına da sıçrayacağı ehtimalları hər gün daha da artmaqdadır”.

Şərhlər