Çin dünyaya hansı mesajı göndərdi? - Türkiyəli ekspertin rəyi

07.09.2015 17:57     A-reaksiya     2593

Xəbər verildiyi kimi, 3 gün bundan öncə Çində İkinci Dünya Müharibəsi zamanı Yaponiyaya qarşı əldə edilən qələbənin 70-ci ildönümü qeyd olunub.

Reaksiya.az xəbər verir ki, Pekin şəhərinin Tiananmen meydanı 12 min nəfərlik hərbi parada və 50-dən artıq ölkənin nümayəndəsinə ev sahibliyi edib.

Çinin ən müasir silahlarını nümayiş etdirdiyi hərbi paradda Rusiya Prezidenti Vladimir Putin, Pekinlə yaxın əlaqəsi olan bəzi Orta Asiya, Cənubi Amerika və Afrika ölkələrindən liderlər iştirak edib. Avropa liderləri isə paradda iştirak etməyib.

Mərasimdə çıxış edən Çinin prezidenti Şi Cinping dinc inkişaf yolunu tutacaqlarını vurğulayaraq, ordudakı əsgər sayının 850 mindən 300 minə endiriləcəyini bildirib.

Çindəki bu təntənəli mərasim dünyaya hansı mesajı göndərdi? Çinin sülh mesajını necə dəyərləndirmək lazımdır? Avropalı liderlər mərasimə niyə qatılmayıb? kimi bir sıra maraqlı suallar meydana çıxıb.

Beynəlxalq Strateji Araşdırmalar Qurumu Asiya Sakit Okean Araşdırmaları Mərkəzinin sədri, professor Səlcuq Çolakoğlu Çində keçirilən paradı qiymətləndirib.

Çolakoğlu yeni Çin rəhbərliyinin beynəlxalq aləmdə daha fəal və yüksək profilli bir siyasət apardığına diqqət çəkib:

"Çin beynəlxalq aləmdə və beynəlxalq münasibətlərdə daha fəal siyasət yürütməyə başlayıb. Paradda nümayiş etdirilən silah texnologiyaları ilə Çin dünyada daha təsirli bir rolunun olduğu mesajını vermək istəyib. Bu, Çinin artıq qlobal idarəetmədə və beynəlxalq münasibətlərdə daha yüksək profillə yer alacağını mühüm bir göstəricisi idi”.

Çolakoğlu Çin ordusundakı əsgər sayının azaldılmasını da dəyərləndirib:

"Əsgər sayının azaldılması Çinin təhlükəsizliyi baxımından hər hansı bir zəiflik yaratmayacaq".

Professor Qərb liderlərinin paradda iştirak etməməsinə də münasibət bildirib:

“Qərb liderlərinin paradda iştirak etməməsi Qərb və Çin arasında siyasi əlaqələrin hələ də yaranmadığını göstərir. Bu mənada hərbi ittifaqlar və təhlükəsizlik qütbləşməsi etibarilə bir tərəfdə Qərb ölkələri, digər tərəfdə də Çin və Rusiya var. Soyuq Müharibə dövrünə qədər qatı bir qütbləşmə yox idi, daha yumşaq bir səviyyədə davam edən bir rəqabət var idi".

Çolakoğlu Çin və Rusiya yaxınlaşmasına da diqqət çəkib:

"Soyuq Müharibədəm sonra Çin və Rusiya strateji tərəfdaşlıq yaranıb. 90-cı illərin əvvəlindən etibarən iki ölkə əlaqələrinin yaxınlaşdığını görürük. Qərb son dövrlərdə Rusiya və Çini təhdid kimi qəbul edir. Çin Sakit Okean bölgəsində ABŞ-ın özünə qarşı bir ittifaq zənciri yaratdığından narahatdır. Ukrayna böhranından sonra Rusiya və Qərb ölkələri arasındakı etimadsızlıq artmış vəziyyətdədir. Bu səbəblərdən də, Rusiya-Çin münasibətlərinin son bir ildə daha da inkişaf edib”.

Şərhlər