"İçkilərin qiymətləri daha çox artırılmalıdır" - Sorğu

08.09.2015 12:38     A-reaksiya     2345

Xəbər verildiyi kimi “Azərbaycan Coca-Cola Bottlers” MMC istehsal etdiyi bəzi məhsulların satış qiymətini artırıb.

Reaksiya.az əhalinin qiymət artımına münasibətini öyrənib. Sorğuda iştirak edənlər arasında qiymət artımından narazı olanlarla yanaşı, sözügedən içkilərin zərərindən qorunmaq üçün bu addımı dəstəkləyənlər də olub.

Elkin Xəlilov: “Demək olar ki, içmirəm. Təsadüfi hallarda, əlacsız qaldığım zaman nəsə alıb içirəm. Ona görə də qiymət artımını hiss etmədim”.

Anar Hacıyev: “Mən çox alırdım, amma bu gedişlə artıq azaltmağa doğru gedirəm. Təəssüf”.

Rumiyyə Mir Aslan: “Məncə həmin içkilərin qiymətləri daha çox artırılmalıdır ki, heç kim almasın. Hamısı insan orqanizmi üçün zərərlidir”.

Cahangir Məlikov: “Allahin koməkliyi ilə bir ayın maaşına bir bardak su ala bilməyəcəyik”.

Şəfiqə Dadaşova: “Tez-tez alıram. Amma qiymət artımını hiss etməmişəm. Köşklərdən baha, supermarketlərdən isə ucuz almağa öyrəşmişəm”.

Emin Həsənli: “İstifadə etmirəm deyə artımın olmağı cibimdə hiss olunmur”.

Pərviz Əzimov: “Demək olar ki, hər səhər “soyuq çay” alıram. Təbii təsir edəcək, azaldacam. Amma səhər durub çay dəmləməyə vaxtım olmadığı üçün işə qaçarkən yolda nəsə almalıyam”.

Zaur Cəfəri Mehdi: “Kim istəyər ki, cibindən getdikcə pullar azalsın. Tarif Şurasının nə vecinə, kim necə gəldi qiymət qoyur. Vahid qiymət cədvəli nə qədərki bizdə yoxdu, bir o qədər də vəziyyət acınacaqlı olacaq”.

Aysel Qənbərova: “Rəng qatılmış ziyanlı suların qiyməti o qədər qaldırılsın ki, heç kim alıb içməsin. Amma başqa məhsulların qiymətinin artırılmasını qətiyyən istəmərəm”.

Ruhin Amanov: “Mən ancaq qazsız su alıram. Yayda hər gün 2 litr, qışda isə 1 litr. Qalan heç bir su içmirəm”.

Zaur Məmmədov: “Qiymət artımı normaldır. Mənə nə ziyanı, nə də xeyri var”.

Habil Əsədov: “Ağzının dadını bilən adam qiymət artımını nəzərə almır”.

Rəfiqə Məmmədova: “Bayramdan bayrama içirik. Eybi yox”.

Şərhlər