"Türkiyə ilə Rusiya arasında bir münaqişə var" - Suriya məsələsində
10.09.2015 15:05 A-reaksiya 2624

Rus Mədəniyyət və Təbiət İrsi İnstitutunun sədr müavini Yevgeni Baxrevski Türkiyə ilə Rusiyanın Suriya məsələsindəki fərqli siyasətlərini iki ölkə arasındakı münasibətə nə kimi təsiri olacağını təhlil edib.
Reaksiya.az xəbər verir ki, o, Suriya məsələsində yaranan fikir ayrılığının iki ölkənin yaxşı münasibətlərinə təsir göstərməyəcəyini deyib.
Bahrevski qeyd edib ki, iki ölkə arasında müxtəlif mövzularda münaqişənin olması normal haldır. Suriya məsələsində Türkiyə ilə Rusiya arasında bir münaqişə var, ancaq bu, bütün əlaqələrimizə təsir etməz.
O, fikir ayrılığına baxmayaraq iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib.
Bahrevski, həmçinin Krım məsələsi ilə bağlı da açıqlama verib: "Krımla bağlı mövqelərimiz fərqlidir, ancaq Türkiyə Krım məsələsi ilə bağlı yenə də çox konstruktiv şəkildə hərəkət edir”.
Rus Mədəniyyət və Təbiət İrsi İnstitutunun sədr müavini Türkiyə ilə Rusiya arasında enerjinin mühüm əməkdaşlıq sahəsi olduğunu ancaq bütün siyasi mübahisələrin bu məsələyə daxil olmadığını vurğulayıb: "Mən əslində bütün siyasi mübahisələrin enerji məsələsi ətrafında getməsini düzgün hesab etmirəm. Hazırda hər kəs yalnız enerji haqqında danışır. Bu tamamilə səhv bir yanaşmadır. Enerji təbii ki, üzərində çalışılacaq mühüm bir məsələdir, amma sadəcə bunun haqqında danışılması düzgün deyil".
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan son olaraq “CNN İnternational” kanalında yayımlanan Connect to World proqramında Rusiyanın Suriya siyasətini bu sözlərlə tənqid edib:
"Burada Rusiyanın da, İranın da görməsi lazım olan işlər var. Amma onlar hazırda sadəcə dəstək verirlər. Mən onlarla danışdığım üçün burada da açıqca deyirəm. Demək məcburiyyətindəyəm. Çünki mənim canım yanır. Silah, maddi dəstək verirlər və bu hakimiyyətin ayaqda qalmasına göz yumurlar və oradakı müxalifətçiləri necə yox edək, necə aradan qaldıraq bunun səyi içərisindədirlər".
Şərhlər