Türkiyənin oynadığı oyun çox təhlükəlidir - Fransız mütəxəssis
15.09.2015 10:58 A-reaksiya 2421
Fransalı geosiyasət üzrə ekspert, fəlsəfi esselər yazarı Alexandre del Valle Avropa ölkələrinin yaşadığı qaçqın böhranını və İŞİD təhdidini eurasiadiary.com üçün dəyərləndirib.
Terror təşkilatı İŞİD - ə qarşı geniş bir cəbhə yaradılmasının vacibliyini qeyd edən Alexandre del Valle bildirib ki, Qərbin lap başından etibarən ən böyük səhvi Suriyanın dövlət başçısı Bəşər Əsədin təhdid meydana gətirdiyini, İŞİD-in təhlükəli olduğu, ancaq digər cihatçılarla əlaqə saxlamağın mümkünlüyünü qeyd etməsi olub.
Əl Qaidənin Fəth Ordusunun arxasında gizlənərək Qərbə dost bütün ölkələrdən dəstək aldığını ifadə edən fransız ekspert bundan əlavə, Qərb və hətta ABŞ; Əsəd və İŞİD -ə qarşı Əl Qaidəni dəstəkləyir. Bu çox qəribə bir strategiyadır.
Qərbin Suriyadakı vəziyyəti tam olaraq qavramağın mümkün olmadığını qeyd edib: "Qərbin bu strategiyanın hesabını uzun illər ödəyəcəyini düşünürəm. Bu strategiyaya görə Bəşər Əsəd Suriyası, Rusiya və İran ilə dostluq edir, yəni pis insanlardır və onları yox etmək lazımdır. Bu, Soyuq müharibə ruhunda bir strategiyadır. Qərb Soyuq müharibə kateqoriyalarına uyğun düşünməkdə davam edir, hər şeydə Rusiyanı və müttəfiqlərini günahlandırır, digərlərini isə mükəmməlmiş kimi göstərir".
TÜRKİYƏ ikili oyun oynayır
Düşmənin doğru təyin olunmasının vacib olduğunu, bunun təkcə İŞİD olmadığını qeyd edən Valle bildirib ki, NATO-nun bu gün Türkiyə kimi müttəfiqinin olması səhv bir strategiyadır: “Çünki, Türkiyə sərhədlərini və torpaqlarını cihadçılar üçün açıb, yəni ikili oyun oynayır".
Suriyalı İslamçı müxalifətin iştirak etdiyi İstanbuldakı konfransda iştirak etdiyini bildirən Fransalı mütəxəssis İslamçıların, 2011-ci ildə bütün sünni xadimlərin sənəd idarəsinə tabe tutulmadan Türkiyəyə daxil ola biləcəyini söyləyən prezident Ərdoğana təşəkkür etdiyini eşidəndə heyrətləndiyini deyib: “Ərdoğan, böyük bir hissəsi İslamcılara simpatiya duyan 2 milyon insana öz qapılarını açdı. İndi Türkiyə digə bir istiqamətdə də öz qapılarını açır və yüz minlərlə radikal İslam tərəfdarının Yunanıstana, sonra da Avropa İttifaqına keçməsinə dəstək verir. Türkiyənin oynadığı oyun çox təhlükəlidir”.
Moskvanın tez-tez soyuq müharibə başlatmaqla günahlandırıldığını xatırladan Valle bu məsələ ilə bağlı bu fikirləri deyib:
"Məncə, Soyuq MÜHARİBƏNİ NATO və Amerikalılar qızışdırır. Rusiyanı təcrid etmək üçün hər şey edirlər. Ancaq nə şans ki, Vladimir Putin Qərblə cəbhələşmələr tələsinə düşmədi və cihadçılara qarşı mübarizədə geniş ittifaq təklif edir. Ancaq bunu xatırladaq ki, bu təklifi daha əvvəl 2000-ci illərdə də etmişdi. Əfqanıstanda Talibana qarşı ortaq hava hücumları tənzimləməni təklif etmişdi. 11 sentyabrdan əvvəl idi. Ancaq amerikalılar bunu istəmədi. Amerikalılar Rusiya ilə ortaq mübarizə aparmaq yerinə İslamçılıq təhdidlərini artırmağı qarşısına məqsəd qoyub. ABŞ-ın tək maraqı, Rusiyanı təcrid etmək idi. Bu fikrin keçmişdən gəldiyini düşünürəm. Avropalıların Amerikanı daha balanslı, XXI əsrin şərtlərinə uyğun fikir aşılmağın zamanı gəlib. "
Şərhlər