AB-Rusiya əlaqələri qırılma astanasında: - Avropa Parlamentində iki vacib qərar...
12.06.2015 12:00 A-reaksiya 2325
Avropa Parlamenti (AP) bu həftə Strasburqda çıxardığı iki ayrı qərarda, Rusiyanın artıq AB üçün "strateji müttəfiq olmaması" ilə bağlı mesaj verib. Deutsche Welle – dən Kayhan Karacanın Reaksiya.az – a açıqlamasına görə, iki tərəfin əlaqələri artıq yol ayrıcındadır:
"AP tərəfindən 135 nəfər əleyhinə, 494 nəfər isə lehinə olmaqla qəbul edilən "Rusiya ilə münasibətlərin vəziyyəti" başlıqlı qərarda, Ukrayna böhranından sonra Avropa İttifaqına(Aİ) Moskva ilə əlaqələri yenidən qiymətləndirmə mesaı verilib. Aİ - nin, Rusiyanın "aqressiv və separatçı siyasətlərinə qarşı çıxmağının” vacibliyi qeyd olunub. Rusiyanın Krımı ilhaq etmısi və Ukraynanın şərqindəki münaqişəyə birbaşa müdaxilə etməsindən sonra Aİ üzvü ölkələrin "birlik olmaları"nın vacibliyini vurğulayan AP, üzv dövlətlərə Rusiya ilə "ikili münasibətləri gözdən keçirmələri" ilə çağırış edib.
Qərarda, Moskvanın çoxlu siyasətçinin və yüksək səviyyəli məmurdan ibarət olan 89 nəfərlə bağlı "Rusiyaya daxil olmaqla qadağa”sı da qeyri – ciddi qərar kimi xarakterizə edilib. Rusiyanın Avropa İttifaqına qarşı hazırladığı "qara siyahısı" ilə bağlı "beynəlxalq hüquq və universal dəyərlərə zidd olması" xüsusi ilə vurğulanıb.
AP tərəfindən qəbul edilən "Rusiyanın Krımı ilhaqından sonra Qaradəniz hövzəsindəki hərbi-strateji vəziyyət" başlıqlı ikinci bir qərarda isə NATO-nun Qaradənizdə dənizdə və havada hərbi üstünlüyə sahib olmasının vaibliyi qeyd olunub. AP - nin romalı üzvlərindən Mircea Paşcu tərəfindən hazırlanan qərar mətnində, Rusiyanın Krım Tatarları ilə bağlı təzyiqi kəskin tənqid olunub. Beynəlxalq müharibə cinayətləri Məhkəməsi və beynəlxalq ictimaiyyətə Ukraynanın şərqində baş verən hərbi cinayətləri haqqında istintaq başlatmaları ilə bağlı fikir səsləndirlib. Qərarda, Ankaranın Krım siyasəti isə "anlaşılmaz" olaraq qeyd olunub".
Şərhlər