Orta şərqin böhranı Avropanın da böhranıdır

17.09.2015 15:43     A-reaksiya     2315

Biz romantiklik və qəddarlıq dövründə yaşayırıq. Bu vəziyyət Viktoria dövründəki İngiltərə ilə Çar Rusiyasında Rusiya ilə o qədər də fərqli deyil. Son romantiklik göstəriciləri üçün suriyalı qaçqınlar böhranına "şəxsi bir reaksiya" kimi London və Kentdəki evlərinin qapılarını açmağı təklif edən Bob Geldofa ya da Avropada inanılmaz şeylər olduğunu iddia edən Bonoya baxmaq lazımdır. Bir ehtimal da Lenny Henry Suriya məsələsində bir yardım toplama fəaliyyətində iştirak edir? Ya da bəlkə Angelina Jolie bir uşağı övladlığa götürür? Alman tabloid qəzetlərinin bundan xoşu gələcək. Onlar elə bu günlərdə ərəblər üçün "Berlinə xoş gəlmisiniz!" kitabı nəşr etmişdilər.

Qəddarlıq dövründə isə İngiltərə Nazirlər Kabinetindən daha etibarlı bir təchizat mənbəyi yoxdur. David Cameronun qaçqın böhranına reaksiyası, gələcək beş ildə hər il 4.000 qaçqın qəbul etmək və insansız hava maşınlarının hücumlarında Suriyada iki İngilisin öldürülməsini elan etməklə üst üstə düşdü. O və Francois Hollande indi sanki qaçqın axınının səbəbi İŞİD imiş kimi bu terror qruplaşmasına qarşı hava hücumlarına başlamağa can atır.

Bir insansız hava maşınından atəş açmaq üçün vacib olan sübutun arada müraciət edilən bir yol olduğunu qəbul edirəm. Bunda yaxşı təxminlərdə edilməsi -birinin qonşusu haqqında dedikləri, 500 feet məsafədən bir hədəfin necə göründüyü- daha etibarlı məsələlərdir. Hətta elə olsa da, körpə Aylan Kurdi ilə İŞİD arasındakı əlaqəni hələ ki, tuta bilmirəm.

İnsansız hava maşınlarının hücumları Suriyadakı uşaqların qatillərindən intiqam almaq üçünsə ortaya fərqli bir nəticə çıxır: Suriya İnsan Hüquqları Şəbəkəsi tərəfindən bu il 2.236 nəfər uşağın ölümünü sənədləşdirib. Bunların 1.804- nün ölümünə Suriya hökuməti yol açıb. İŞİD 104, Beynəlxalq Koalisiya Qüvvələri də təxminən 58 uşağı öldürdü. BMT keçən ilin fevral ayına kimi 10.000 uşağın vətəndaş müharibəsində öldüyünə dair açıqlama verib. Daha çox uşaq isə zorlama, işgəncə, zorla müharibəyə cəlb etmək kimi tələffüz edilməyəcək dəhşətli hadisələrə məruz qalıb.

Kürdi ailəsi haqqındakı gerçək də olduqca qarışıqdır. Aylanın həyatda qalan atası Abdullah və Abdullahın əmisi Xalid tərəfindən Middle East Eye – yə verilən açıqlamaya görə bu uzunmüddətli bir köçün hekayəsidir: Dolanışığını təmin etmək üçün Dəməşqdən Kobaniyə, ordan Təl Əbyada və nəhayət İstanbula gələn bir bərbərdir. IŞİD Kobanini ələ keçirəndə ailəsi də onun yanına gəldi. O hqdisələrin üstündən bir il keçib və bunlar İstanbulun Eyüp məhəlləsində bir təhər dolanmağa çalışırlar. Bu Suriyalı kürdün Avropada daha yaxşı bir həyat qurmaq üçün etdiyi ikinci təşəbbüsün yarı yolda qalmasına səbəb kim və nə oldu? İŞİD ola bilməz. Və qətiyyətlə əmisi da deyil.

Amca Xalid "Avropa heç vaxt bizə kömək etməyəcək. Avropaya getməkdənsə Kobanidə yaşayıb ailəmi dolandıraram. Abdullah gözünü bağlayıb özünü oda atdı. Mən ona Avropaya getməkdənsə, Kobaniyə qayıtmağı məsləhət görmüşdüm. Amma o, başqa xəyallar qurdu" –dedi açıqlamasında.

İnanılmaz hadisələrin cərəyan etdiyi Avropaya qayıdaq. Aİ komissiyasının sədri Jean Claude Juncker çərşənbə günü əlavə 120.000 immiqrantın zorla məskunlaşdırılması üçün Avropa ölkələrinə təzyiq etdi. Bu plan blokdaki yeni üzvlər Çex Respublikası, Slovakiya, Polşa və Rumıniya tərəfindən bəyənilmədi. Bunların mərdliklərinin dini baxımdan olduğu göz önündədir. Slovakiya və Kipr ilə Fransız bir bələdiyyə sədri Xristian qaçqınları seçəcəklərini bildirdi.

Suriyadakı müharibəni ən çox dəstəkləyən ölkələr müharibənin yol açdığı nəticələri ən azından qəbul edir. “Stop The War” araşdırma mərkəzinin araşdırmalarına görə, Suriyaya ən çox silah göndərən səkkiz ölkə, Almaniyanın aldığı qaçqınların yüzdə ikisi qədərini qəbul etdi.

İldə 500.000 Suriyalı qaçqını qəbul edə biləcəyini söyləyən Almaniya da bunu ürəyindən çox beyninin bir ehtiyacı kimi həyata keçirmiş ola bilər. İngiltərənin əksinə Almaniyanın əhalisi azalır və bu getdikcə sürət qazanır. AB komissiyasının təxmininə görə, Almaniyanın 2013 81,3 milyon olan əhalisi 2060 – cı illərə doğru 70,8 milyon olacaq. Belə olsa asılılıq dərəcəsi deyilən, zəngin yaşlı insanların gənc, zənginlik istəyində olan insanlara nisbəti yüksələcək.

Bunlardan heç biri “özünü yaxşı hiss etmək” faktorunun yayılmasının qarşısını almır. “Nəsə etməliyik' briqadası gözyaşlarına qərq olmuş vəziyyətdədir. Junckers "Gəminin geri göndərilməsi Avropalı hərəkəti deyil" - deyib.

Amma bir anlığına həqiqətin gözünün içinə düz baxaq. Aylan Kurdiyə reaksiyalar nəhəng bir selfie, şəxsiyyətlər məsələsində ixtilaflı, etnik və dini azlıqlar mövzusunda başı qarışıq və gələcəyindən narahat insanlar tərəfindən çəkilən portret halına gəlib. Bu onlarla bağlı yox, bizimlə əlaqədar idi. Bu nə Suriyalılar, nə də onların ətrafındakı kasıb ölkələrin fədakarlıqları ilə əlaqədardır. (Livan və İordaniya indiyə kimi dörd milyon qaçqını qəbul edib).

Milyonlarla ərəb iki şeydən ötrü mübarizə aparır: Demokratiya və daha yaxşı gələcək üçün. Hər iki cəbhədə də Avropanın ərəb gəncliyinə təqdim ediləcək heç nə yoxdur. Avropanın siyasəti ərəb ölkələrindəki diktatorları dəstəkləmək və pis qoxular ucbatından burnunu tutub dayanıb. İnersiya içindəki Avropa demokratik standartlarını qorumaq ya da zənginliklərini paylaşmaqda istəksiz davranır. Orta Şərqin böhranı Avropanın da böhranıdır.

Şərhlər