Sanksiyalardan 1,5 il keçdi - "Rusiya illərlə dözə bilər"

18.09.2015 10:50     A-reaksiya     2528

İqtisadi durğunluq və düşən neft qiymətlərinin yaratdığı çətinliklərlə qarşı-qarşıya olan Rusiya Qərbin tətbiq etdiyi və üstündən 1,5 il keçən sanksiyalara da illərlə dözə biləcək səviyyədədir.

Reaksiya.az xəbər verir ki, “Russia Beyond The Headlines”də dərc olunan David Miller və Jared Feldschreiber imzalı məqalədə, Moskvadakı rəsmilərin sanksiyaların yaxın dövrdə bitməsini gözləmədikləri yazılıb, BVF-nin də sanksiyaların ölkə iqtisadiyyatının 10% -nə çata biləcəyinə diqqət çəkdiyi ifadə edilib.

Ukraynadakı anlaşılmazlıqlara görə ABŞ və Aİ-nin 2014-cü ilin martında başlatdığı sanksiyalarla təxminən 150 nəfərə qarşı səyahət qadağası və bank hesablarının dondurulması qərarı alınıb; Rusiyanın ən böyük banklarına və enerji firmalarına, Qərbin maliyyə ehtiyatlarına investisiya qadağası qoyuldu. Rusiya da adekvat tədbirlər gördü.

Sanksiyaların qarşılıqlı ziyanlarına baxmayaraq, ekspertlərə görə, sona çatacağına dair üfüqdə hələ bir işarə belə görünmür. Rusiyanın ən böyük bankı olan “Sberbank”ın müşahidəçilər şurasının hazırladığı və bu ay dərc olunan bir analizdə, "Göründüyü kimi ölkədə yeni ortaya çıxan ancaq keçmişdə də yaşanmış olan bir həqiqətə sanki gedərək uyğunlaşma təmin edilməyə çalışılır: Daimi sanksiyalar altında yaşamaq. Eyni ilə SSRİ-də olduğu kimi "deyilmişdi.

Rusiya xarici işlər nazirinin Sergey Ribkov da Nijni Tagil şəhərində 9 sentyabrda verdiyi açıqlamada, "sanksiyaların uzun müddətli olacağı ehtimalı ilə hərəkət etməliyik. Ən azından xarici işlər Nazirliyi olaraq, sanksiyaların yaxın gələcəkdə ortadan qaldırılacağı kimi bir yanılma içərisində deyilik" dedi.

Sanksiyalardan təkcə Rusiya yox, Qərb də itirir. Vyana mərkəzli Avstriya İqtisadi Araşdırmalar İnstitutunun apardığı bir araşdırmaya görə, Avropanın sanksiyalara görə itkisi 100 milyard avroya çata bilər. Avropa Fermerlər İttifaqı “Copa” –nın sədri Albert Jan Maatın fikrincə, Rusiyaya tətbiq olunan sanksiyalara görə keçən ilin ixracat itkisi 5,5 milyard avroya çatıb. 

Şərhlər