İŞİD indi də Balkanlara əl uzadır

12.06.2015 19:37     A-reaksiya     2363

Kosovo və Bosniyada İŞİD - in şüarlarına maraq artır. Təkcə Kosovodan Suriyaya gedən könüllü sayının 250 olduğu, cihadçıların Qərbi Balkan bölgəsindən tranzit keçid üçün istifadə etdikləri bildirilir.

İndilərdə artıq İŞİD – in Balkanları da təhdid etməyə başladığı və terror təşkilatının bölgə insanlarını qazanmağa çalışdığı gələn xəbərlər arasındadır. Bir neçə gündən bəri bir video internetdə səs – küy doğurub. Video, İŞİD – lə əlaqəsi olan Hayat Media Center tərfindən hazırlanıb və başlığından göründüyü üzrə video Balkanlarda yaşayan insanlara hesablanıb. Bir az da təhdidvari bir üslub var videoda. Bosniyalı Səlahəddin adlı saqqallı bir nəfər, "Mümkünsə bunların avtomobillərinin altına bomba qoy, dinsizləri zəhərlə, Bosniyada, Serbiyada, Sancaqda, harada tapsan bunları orada öldür öldür öldür" - deyir videoyazıda.

İŞİD Balkanlarda strateji dəyişikliyi edir?

Bu təbliğat videosu İŞİD - in bir strategiya dəyişikliyinə başladığının işarəsidir. Balkanlardaki beş – üç aktivist vasitəsilə görəsən yeni bir cəbhəaçılır? Mərkəzi Londonda yerləşən King'S College universitetinin professoru və eyni zamanda terror mütəxəssisi olan Prof. Peter Neumann “Deutsche Welle”-yə açıqlamasında  "Tək – tək aktivistlərə ehtiyac duyurlar. Bu cür şok edici tədbirlərlə onları birbaşa hərəkətə keçirirlər"  - deyə bildirib.

Avstriyanın təhlükəsizliyi baxımından Balkan ölkələrindəki sabitlik olduqca əhəmiyyətlidir

Aprel ayının sonunda Bosniyadakı Zvornik şəhəri terror hücumu ilə sarsılmışdı. Silahlı bir adam, təkbir gətirərək bir polis məmurunu öldürmüşdü. Təhlükəsizlik orqanları, təcavüzkarın Suriyadan qayıdan bir nəfərlə tez – tez görüşdüyünü açıqlayıb.

Avstriya xarici işlər naziri Sebastian Kurz, Balkan ölkələrindən həmkarları ilə əməkdaşlıq etmək istəyir, amma eyni zamanda onlara xəbərdarlıq da etməyi unutmur: "Avropadan İraq və Suriya istiqamətinə gedənlər xüsusilə Balkan ölkələrindən istifadə edirlər. Bir şeyi unutmamalıyıq, Avstriyanın təhlükəsizliyi baxımından Balkan ölkələrindəki sabitlik olduqca əhəmiyyətlidir”.

Bosniya, Kosovo və Sancaqda radikal meyllər artır

Sələfilər Bosniya və Kosovada təsirləri artırırlar. Mütəxəssislər Bosniyadakı Sələfi kəndlərinin qurulmasından danışırlar. Vyana Universitetində çalışan bosniyalı politoloq Vedran Jihiç “Deutsche Welle”-yə açıqlamasında bildirib ki, İŞİD tərəfindən Avropa ölkələrində yoldan çıxarılanların sayına baxsaq görərik ki, əksəriyyət Balkan ölkələrinin vətəndaşlarıdır. Bosniya və Kosovanın bütün bölgələrindən, Makedoniyanın və Serbiyanın isə bəzi bölgələrindən insanlar cihada gedirlər. Cənubi Serbiyadakı Sancaq bölgəsində də son illərdə radikal meyllərin artdığı müşahidə edilir. Iqtisadi və ictimai proseslərin düzgün aparılmaması bütün bu saydığımız ölkələrdə radikal meyllərin artması təhlükəsi var".

Şərhlər