Üç ölkə bu iki layihə ətrafında sıx birləşməlidir - Prof.dr.Gürkan Kumbaroğlu

21.09.2015 16:49     A-reaksiya     2564

Boğaziçi Universiteti Sənaye Mühəndisliyi fakultəsinin müəllimi və Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) sədri prof.dr.Gürkan Kumbaroğlu ilə bölgədəki enerji məsələsi haqqında danışdıq:

 

-Rusiya Xarici işlər Nazirliyi, Türkiyə-Rusiya əlaqələrində enerji sahəsində əməkdaşlığın kilid rol oynadığını vurğuladı. Bu yanaşma sizcə nə qədər doğrudur? Yəni, Türkiyə və Rusiya əlaqələrində hər şey enerjiyə bağlıdır?

-Hər şey enerji ilə bağlıdır demək doğru deyil, amma əməkdaşlıqda kilid rol oynadığı düzdür. Bilirsiniz ki, “Türk Axını” layihəsi həm Rusiya, həm Türkiyə, həm də Avropa üçün lazım olan çox əhəmiyyətli bir layihədir. Rusiya Ukrayna xəttini kəsəcək və Avropaya qazı “Türk axını” vasitəsi ilə verməyə başlayacaq. Bu layihə Türkiyəyə dəyər qazandıran layihədir, çünki bu layihə ilə TANAP yoluyla Azərbaycandan gələcək olan təbii qaz da var. Avropa da bu qaza ehtiyac duyur. Üç ölkə üçün də məncə bu layihə çox böyük əhəmiyyət daşıyır: Rusiya, Türkiyə Azərbaycan. TANAP və Türk axını layihələri məncə Türkiyə Respublikası dövlətinin prioritet layihələri sayılmalı və bu layihələr siyasi qeyri-müəyyənlikdən təsirlənməməlidir. Amma bəzi durğunluqlar var. Biz də durğunluqların aradan qaldırılmasını, layihələrin sürətli inkişafını və müsbət dialoqun həyata keçirilməsinə qatqı təmin etmək üçün G -20 zirvəsinin dərhal əvvəlində bir Enerji zirvəsi keçiririk. 3 ölkə bu iki layihə ətrafında sıx birləşməlidir.

-Siz Diyarbakırda qaz ehtiyatlarının olduğunu iddia edirsiniz. Yaxşı rusiyalı mütəxəssislərin bundan xəbəri varmı?

-Mənim Türkiyədəki qaya qazı ehtiyatları ilə bağlı açıqlamalarım əsla boş iddialar deyil, ciddi araşdırmalara və tapıntılara söykənir. Bizim İAEE - nin Korperativ üzvü olan Amerika Enerji Məlumat İdarəsi EİA – nın apardığı araşdırmadır. Bunun “Türk axını” ilə əlaqəsi olduğunu düşünmürəm. Çünki, rus qazına da, Azərbaycan qazına da, Türk qazına da ehtiyac var.

- Durmadan inkişaf edən Avrasiya coğrafiyasında önümüzdəki illərdə bu təbii qaz ehtiyatlarının birlikdə çıxarılması haqqında danışıqlar aparıla bilər? Yəni buna xarici qüvvələr imkan yaradarlar?

-Xarici qüvvələri deyə bilmərəm, amma təbii ki, bu məsələ bəzilərinin maraqları fərqli ola bilər. Amma bu coğrafiyada əməkdaşlıq içərisində birlikdə çıxarmağımız təbii ki, mümkün ola bilər və bu da çox gözəl bir sinerji meydana gətirər. Bu əməkdaşlığın, müsbət dialoqun müsbət şəkildə inkişaf etməsi vacibdir. Bu gün Türkiyədə terrorun yayıldığı bölgələrə baxdığınız zaman bu ərazilərdə qaya qazı ehtiyatlarının olduğu bölgələr olduğunu görəcəksiniz.

Şərhlər

Çox oxunanlar