MKİ – dən şok iddia: Bin Ladini öldürmək planlarını keçmiş nazir rədd edib - SƏNƏD
13.06.2015 15:35 A-reaksiya 2131
MKİ - nin "11 sentyabr" hesabatında qeyd olunan keçmiş MKİ direktoru Tenetin məktubunda, keçmiş ABŞ ədliyyə naziri Renonun 1998-ci ildə Ladini öldürmək planlarını rədd edən şəxs olduğuna işarə edilib.
ABŞ-da 2007-ci ildə özet qismi paylaşılan 11 sentyabr 2001-ci il Dünya Ticarət Mərkəzinə və Pentaqona təşkil edilən hücumları önləməkdə ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) qüsurlu olub olmadığını araşdıran hesabatın təxminən 500 səhifəlik yeni qisimi, kəşfiyyat qurumu tərəfindən ictimaiyyətə açıqlanıb.
Hesabatın özet qisimi, MKİ – nin yüksəkçinli məmurlarının hücumun qarşısını almaq məqsədi ilə Əl Qaidəyə qarşı geniş bir strategiyası olmadığını və səlahiyyətlilərin ciddi "sistematik səhvlər" etdiyini ortaya qoyub.
Hesabatın yeni yayımlanan hissələrində isə kəşfiyyat qurumu ilə rəhbərlik qanadı arasında müzakirələrin də mövcud olduğu xeyli detal var.
MKİ - nin internet saytından paylaşılan yeni açıqlamalarda keçmiş MKİ Corc Tenetin yazdığı məktubda, keçmiş ABŞ Ədliyyə naziri Janet Renonun MKİ - dən 1998-ci ildə Əl Qaidə lideri Usamə Bin Ladini öldürmə planlarını alt – üst edən açar adam olduğuna işarə edilir .
Məktubda, "ABŞ hökuməti açıqca Bin Ladenin və nümayəndələrinin həbs edilməsini istəyirdi. Əgər uğurlu bir əməliyyat imkanı yoxdursa, ABŞ qüvvələri Bin Ladin və əhəmiyyətli nümayəndələrini öldürməyə dönük hücum hərəkatı təşkil edə bilərdi" - cümlələrinə yer verən Tenet, Əl Qaidə liderinə qarşı ölümcül bir əməliyyatla təkcə "əsir götürülməsi halında "icazə veriləcəyini bildiyini vurğulayır.
Xatırladaq ki, Corc Tenet, 1997- 2004 - cü illəri arasında MKİ – nin rəhbəri olub.
Şərhlər