Rusiyada müsəlmanlar və İslamın qəbulu

24.09.2015 10:38     A-reaksiya     2869

Moskvada ölkənin ən böyük məscidi ziyarətçilərə qapılarını açıb. Rusiyada yeni məscidlər açılması yeni müzakirələrə da səbəb olub.

Reaksiya.az xəbər verir ki, Rusiyalı mütəxəssislər Rusiyada müsəlmanlara və İslama baxışı Almaniyanın DW saytı üçün dəyərləndiriblər.

Inşaatı 10 ildir davam edən Moskva Mərkəz Məscidinin açılışı bu gün həyata keçirilib. Açılış mərasimində Rusiya Dövlət Başçısı Vladimir Putinlə birlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi məsciddə 10 min nəfər müsəlman ibadət edəcək. Rusiya Müftilər Şurasının sədri Ravil Gaynutdinovun fikrincə, bura, Avropanın ən böyük məscididir. Rusiyada 1905-ci ildə inşa edilən ilk məscidin 2005-ci ildə dağıntılara məruz qalmasından sonra eyni yerdə Moskva Mərkəzi Məscidinin tikilməsi planlaşdırılmışdı.

Təxminən 2 milyon müsəlmanın yaşadığı paytaxt Moskvada bu gün hal - hazırda altı məscid var. Rusiya Federasiyası daxilində isə müsəlmanların sayı təqribən 20 milyona yaxındır.

İslam və Müsəlmanlar

Moskvadakı "Sowa” adlı araşdırma mərkəzindən Aleksandr Verxovskinin gəldiyi nəticəyə görə, müsəlmanlar və İslam Rusiyada yaşayan insanların əksəriyyəti baxımından fərqli anlayışlar kimi qəbul edilir. Keçirdikləri anketin nəticəsini DW – yə açıqlayan Verxovski "Sorğular müsəlmanlara qarşı mövqeyin İslama qarşı mövqedən üç dəfə daha yaxşı olduğunu göstərir. İslam, təhlükəli, terrorizmlə əlaqəli bir ideologiya kimi qəbul edilir " - deyib. “Sowa”nın anketinə görə Rusların 40%-i İslama qarşı mənfi düşüncədədirsə, müsəlmanlara mənfi baxanların nisbəti 12%  civarındadır.

Verxovski, həmçinin, Rusiyada müəyyən etnik qruplara, xüsusilə də qafqazlılara qarşı tolerantlığın az olduğuna diqqət çəkib. Ancaq bunun dinlə əlaqəli olmadığını ifadə edən Verxovski bildirib ki, insanlar yeni məscidlərin inşa edilməsinə etiraz edir. Çünki bunun yaşadıqları bölgələrə immiqrantları çəkməsindən narahatlıq keçirirlər. Məscidlərdən daha az qorxurlar, qorxularının əsas səbəbi xaricilərin ölkəyə axın etməsidir. Bunun da açıq bir təcavüzkarlığa çevrildiyini ifadə edən Verxovski, Rusiyada dinə söykənən yox, daha çox etnik məsələlərə söykənən hücumların olduğunu da sözlərinə əlavə edib.

Verxovski Rus dövlətinin də İslami həyatı daha çox terrorla mübarizə perspektivindən dəyərləndirdiyini ifadə etdi. "Rəsmi orqanlar üçün rəsmi olmayan İslamçı qrupların hamısı risk faktorudur: bunlar təcavüzkar olmayan insanlar da ola bilər, silahlı mafioz birləşmələrin üzvləri də" - deyən Rusiyalı ekspert, Rusiyada həqiqətən sülh dərnəklərin də həddindən artıq yapılanlanmalarla birlikdə qadağan tənqid etdi.

İslam düşmənliyi

Moskvadakı Carnegie Mərkəzindən Şərqşünaslıq üzrə ekspert Aleksey Malaşenko da Rusiyadakı İslam düşmənliyinin varlığına diqqət çəkib. İslam düşmənliyinin Qafqazdakı qarşıdurmalarla birlikdə daha da böyüdüyünü ifadə edən Malaşenko daxili və xarici köçün, həmçinin ekstremizmin də bu artımda rol oynadığını söyləyib. Eyni zamanda Rusiyada İslama qarşı bir tolerantlığın da mövcud olduğunu vurğulayan Malaşenko buna dini paltarları nümunə göstərib. Malaşenko bildirib ki, heç kim heç kimin hicab taxıb taxmamasına qarışmır.

Yeni məscidlərin inşasına insanların mövqeyinin fərqli olduğunu yazan Malaşenko öz evinin yaxınlarında bir məscidin olduğunu və indiyə kimi heç bir narahatlıq duymadığını qeyd edib. Malaşenko Rusiya Müftilər Şurası sədrinin Moskvanın hər rayonunda bir məscidin açılmalı olduğu ilə bağlı fikirləri ilə razı olduğunu, nəticə etibarı ilə Moskvanın Avropanın ən böyük müsəlman şəhərlərindən biri olduğunu bildirib: “Məscidlərin sayını artırmaq istəyirik, insanlar köçdən qorxduqlarından buna etiraz edirlər. Ancaq miqrantlar da insandır. Onların da hardasa ibadət etmələri vacibdir. Yoxsa radikalların olduğu qəribə ibadət yerlərinə gedirlər".

Müsəlmanlar təhdid altındadır

Orta Asiya Siyasi Miqrantlar Birliyindən Baxrom Xamroyev isə Rusiya dövlətinin İslama qarşı müharibə apardığını düşünür. DW – yə açıqlama verən Xamroyev xüsusilə tatarlar və başqurdlara qarşı təzyiqlərin və açılan cinayət işlərinin artdığını söyləyib. Xamroyev rəsmilərin qeydiyyatdan keçməmiş müsəlman təşkilatlarına təzyiq etdiyini bildirib.

Şərhlər