“Tacikistanda hakimiyyət tamamilə təmərküzləşmişdir”. - Rusiyalı politoloq

24.09.2015 15:59     A-reaksiya     2592

Tacikistanda keçirilən xüsusi əməliyyat nəticəsində  keçmiş müdafiə nazirinin müavini Abduxalim Nəzərzoda aradan götürülüb. Bu haqda TASS Tacikistanın güc strukturlarındakı mənbələrinə əsaslanaraq xəbər verib. Agentliyin məlumatına görə qiyamçı generalla eyni vaxtda onun bir neçə tərəfdarı öldürülüb. Eyni zamanda РИА Новости agentliyinin Tacikistanın hüquq mühafizə orqanlarında  və güc strukturlarında mənbələri Nəzərzodanın məhvi haqqında informasiyanı təsdiq etmirlər. Bu hadisədən əvvəl Düşənbə yaxınlığında yerləşən Ramit dərəsində  Milli təhlükəsizlik nazirliyinin “Alfa” xüsusi təyinatlı bölməsinin komandiri Rüstəm Amakiyevin öldürülməsi haqqında məlumat verilirdi. Bu döyüşdə həmçinin “Alfanın”  digər əməkdaşı və bir omonçu öldürülüb. Sentyabrın əvvəllərindən başlayaraq  Tacikistanda hökumətin güc strukturları tərəfindən Nəzərzodanın tərəfdarlarına qarşı əməliyyatları keçirilir.

Hakimiyyətin iddiasına görə sentyabrın 4- də Nəzərzodanın tərəfdarları paytaxtın yaxınlığında yerləşən Vəhdət rayonunda daxili işlər şöbəsinə və müdafiə nazirliyinin mərkəzi aparatına silahlı hücum ediblər. Bundan sonra onlar Düşənbədən 50 kilometr aralıda yerləşən Ramit dərəsində gizləniblər. Elə həmin gün Nəzərzoda müdafiə naziri vəzifəsindən  istefaya göndərilib.

Generalın özü güc strukturlarının obyektlərinə hücümları Birləşmiş tacik müxalifətinin diskreditasiyasına və tam məhvinə yönəldilmiş provokasiya adlandırıb.

Xüsusi əməliyyat nəticəsində Nəzərzodanın bir neçə tərəfdarı öldürülüb, bir nəçəsi də saxlanılıb.

 Generalın özünün öldürülməsi haqqında məlumatlar yayılıb. Lakin sonralar  Tacikistaının Təhlükəsizlik Şurasının katibi Abdarəhim Kaxarov Nəzərzodanın öldürülməməsi haqqında məlumat verib.

Respublikada ən iri müxalifət qüvvəsi olan Tacikistanın İslam İntibahı Partiyası (İİP) ədliyyə nazirliyinn bəyan etdiyinə görə, “Siyasi partiyalar haqqında” qanunun tələb etdiyi kimi şəhər və rayonların əksəriyyətində ilkin özəklərə malik olmadığına görə artıq fəaliyyət göstərə bilməz.

 Ədliyyə naziri Rustam Şahmurad tərəfindən imzalanmış “İİP-nin qeyri – qanuni fəaliyyətinə son qoyulması haqqında xəbərdarlığı” “Xovar” xəbər agentliyi yayıb.

“Kontent” Tacik siyasi analitik mərkəzinin rəhbəri Zəfər Abdullayev “İnterfaks"a bildirib ki, bu partiyanın minlərlə üzvü gizli fəaliyyətə keçəcəklər və yəqin ki radikallaşacaqlar. 

Ölkə DİN-in məlumatına görə, artıq 500 – dən artıq tacik vətəndaşı Suriyada və İraqda İslam dövlətinin tərəfində vuruşurlar.

Uzun müddətdir ki regionun digər ölkələri ilə fətqdə Tacikistan sabitlik ocağı hesab edilirdi.

Tacikistanın rəhbərliyi bunu ölkə prezidentinin müdrük balanslaşdırılmış siyasəti ilə izah edirdilər.

Lakin bu ilin sentyabrında ölkədə vəziyyət kəskin şəkildə dəyişdi.

Bu gün Tacikistandan gələn məlumatlar cəbhə xəttindən gələn məlumatları xatırladır. Bu ölkədə nə dəyişmişdir? Niyə sabitlik qarşıdurma ilə əvəz olunmuşdur?

Bu və digər sualları biz məşhur Rusiyalı politoloq Andrey Kazansevə verdik. Sizə onun Reaksiya.az –a vermiş olduğu müsahibəni təqdim edirik:

 

-Siz necə fikirləşirsiniz, Tacikistanın rəhbərliyi və müdafiə nazirinin müavini arasında qarşıdurma, iki klanın hakimiyyət uğrunda, yəni dövlət vəsaitləri üzərində nəzarət uğrunda mübarizə hesab etmək olar, yoxsa bu qarşıdurma daha qlobal xarakter daşıyır?

- Tacikistanın müdafiə nazirinin keçmiş müavini qiyamı məqamların bütöv kompleksi ilə izah olunur.

Birincisi, bu “axırıncı arqument” kimi hərbi qüvvənin tətbiqi ilə gedən adi klan mübarizəsidir.

Təəssüf ki, Tacikistanda vətəndaş müharibəsindən sonra belə hallara rast gəlinir.

İkincisi, Tacikistanın hakimiyyəti Rusiyada baş verən böhrana görə əmək miqrasiyasından gələn gəlirlərinin azadılması nəticəsində sosial - iqtisadi problemlərin artması və əhali arasında həyacanların potensial mümkünlüyü ilə toqquşmuşdur. 

Bütün postsovet sistemlər üçün belə şəraitdə gözlənilən cavab sabitliyin təminatı məqsədi ilə siyasi rejimin qəddarlaşmasından ibarətdir.

Tacikistanda qəddarlaşma hakimiyyətin  vaxtında bu ölkədə son qoyan Moskva razılaşmalarının əsasında duran islam müxalifəti ilə hakimiyyətin bölünməsindən tam imtina və İslam intibahı partiyasının fəaliyyətinin qadağan edilməsi formasında özünü göstərib.

Tacikistan hakimiyyətinin bu yolu seçməsinin digər səbəbi – Suriyada və İraqda “İslam dövləti” ilə qlobal mübarizədir. Tacikistan bu yolu Rusiya və ABŞ və digər aparıcı ümümdünya qüvvəri kimi bu dövlətin təsiri ilə mübarizə aparmaq üçün seçib.

Rəsmi Düşənbə hesab edir ki, məsələnin belə qoyuluşu halında beynəlxalq aləm onun siyasətini qəbul edəcikdir. Bu hesab əsassız deyil. Lakin ölkə hakimiyyəti istənilən siyasi islamın “İslam dövlətinə” ekvivalent olmasına qərar verərək“cızığından çıxıb”. Və dünyada bunu görməmələri mümkün deyil.

 -Bu hadisələrin ərəfəsində bəzi Orta Asiya ölkələri arasında(məsələn, elə Tacikistanla Qırğızıstan arasında) sərhədlərdə gömrük postlarının ləğvi haqqında razılaşma əldə edilib. Siz necə hesab edirsiniz, bu hadisə Tacikistandakı vəziyyətə təsir edə bilərmi?

- Birbaşa yox. Yalniz qismən təsir edə bilər. İş bundadır ki, həm Tacikistannın Özbəkistanla, həm də Qırğızıstanın Özbəkistanla öz münaqişələri mövcuddur. Bunlar eyni tiplidir, lakin birbaşa bir – biri ilə bağlı deyil. Ona görə eyni tiplidir ki, hər iki halda transərhəd çayların suların bölünməsindən söhbət gedir. Daha sonralar bu münaqişələr öz spesifik məqamlarla qəddarlaşır.

Tacikistana gəldikdə isə Özbəkistanla münaqişə xüsusilə kəskin xarakter daşıyır.  Burada ərazi iddiaları və Özbəkistan və Tacikistan prezidentlərinin bir – birinə münasibətlərində çoxsaylı ağır şəxsi məqamlar vardır. Bu münaqişə hətta Tacikistanın nəqliyyat blokadasına gətirib çıxarıb. Prinsip etibarilə, söhbət ondan gedir ki, Daşkənd öz qonşularına münasibətdə siyasətini bir qədər  yumşaldır. İndi kəskin, böhran dövrüdür və bu, tarixin göstərdiyi kimi əksinə münaqişələrin artmasına kömək edir.

 - Sizin fikrinizcə Tacikistanda hadisələr hansı məcrada inkişaf edəcək?

-İslam İntibahı Partiyasının uğurlu qadağası göstərdi ki, Tacikistanda hakimiyyət tamamilə təmərküzləşib və söhbət yalnız daxili hüquqi çağırışlardan getdiyi halda, sağ qalmaq üçün böyük hərbi – siyasi resurslara malikdir. Problem ondadır ki, orada çoxlu maraqlar saylı xarici çağırışlarla toqquşur. Misal üçün, gizli fəaliyyət göstərən islamçılar xaricdən yardım alır və Əfqanıstanda qruplaşmalarla, “Əl – Qaidə” və yəqin ki İŞİD kimi terror təşkilatları ilə də əlaqələri var.

İndi, leqal islamçı müxalifətin qadağasından sonra, bu tendensiya daha da güclənəcək. Yəqin ki, iqtisadi böhrandan  və korrupsiyadan narazı olan daha çox gənclər gizli fəaliyyətə keçəcək. Bu Əfqanıstanın İŞİD elementlərinin daxil olmasından sonra müşayiət olunan sərhəq rayonlarında stabilliyin daha da pozulması fonunda baş verəcək.

Bu təhlükə transsərhəd xarakteri daşımayacaq və Tacikistanın əmək miqrasiyanın yönəldiyi ölkələrə də şamil olunacaq. Axı insanların beynəlxalq terror təşkilatları tərəfindən öz tərəfinə keçirilməsi təkcə Tacikistabda yox, Rusiyada da, Qazaxıstanda da və başqa yerlərdə də baş verir.

Bu Mərkəzi Asiyada “Yeni Böyük oyunun” artdığı situasiyada baş verir.

Tacikistanın Avrasiya İqtisadi Təşkilatına qəbulu məsələsi müzakirə edilir və Amerika – Rusiya konfliktinin artdığı şəraitdə baş verir. Çinin nüfuzu artır və bu qlobal savaş Çin- Amerika rəqabəti fonunda reallaşır.

Orada bir çox maraqlı oyunçular da var.  Misal üçün, Pakistan və Çinin strateji qarşıdurması çərçivəsində Hindistan və qonşu Əfqanıstanda xüsusi ilə aktiv olan Pakistan xüsusi idarələri aktivdir.

Nəticədə, partlamaq təhlükəsi ilə üz – üzə qalan təkcə Əfqanıstan deyil, eyni zamanda digər postsovet ölkələri də eyni durumdadır.

Vətəndaş müharibəsi dövründə olduğu kimi Tacikistanda dövlətçilik məhv olsa, Əfqanıstan kimi bu ölkə də beynəlxalq terroristlərinin və narkotik alverçilərinin hakim olacağı bir yerə çevriləcək.

Şərhlər