'İŞİD Əfqanıstanda narkotik qaçaqmalçılığını nəzarət altına ala bilər" - İranlı ekspert

28.09.2015 11:55     A-reaksiya     2329

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin İŞİD yaraqlılarının Əfqanıstandan qeyri-qanuni narkotik daşıma kanallarının bir qismini ələ keçirdiyini açıqlayıb.

"İŞİD Əfqan eroinindən 1 milyard dollar qazanır"

Talibanın əsas gəlir mənbəəyinin narkotrafikdən olduğunu söyləyən İranın məşhur politoloq, Əfqanıstan, Pakistan və Hindistan problemləri mütəxəssisi Mollazehi Pir Məhəmməd mövzuyla bağlı bildirib ki, narkotrafik mövzusunda radikal təşkilatlar arasında birbaşa əlaqə var: “Bütün qondarma üsyançı qruplar, büdcəyə, ciddi maliyyətə, fəaliyyət coğrafiyasının genişlənməsinə və silaha ehtiyac duyur. Əlində silah tutan, öz məqsəd və ideologiyası üçün döyüşən hər bir üsyançı təşkilatın əsas maliyyə mənbəyi narkotik qaçaqmalçılığıdır. Bunun ən parlaq nümunəsi Latın Amerika ölkələrindəki, Şri Lanka və Əfqanıstandakı hadisələrdir. Talibanın əsas gəlir mənbəəyi narkotrafiki idi. Buna görə də İŞİD yaraqlılarının Əfqanıstanda narkotrafik kimi böyük bir maliyyə ehtiyatını ələ keçirmək üçün aktiv cəhdlər etməsi olduqca təbiidir".

Sərhəd təhlükəsizliyi elə də  güclü deyil

İranlı ekspert, digər bütün terror təşkilatları kimi İŞİD -in də büdcəsi üçün son dərəcə zəngin ehtiyatlar əldə etmək məqsədi ilə hədəfə yönəlik çalışdığını ifadə edərək bunları deyib:

"İŞİD əfqan eroinini ələ keçirərək xaricə satacaq. Əvvəlcə qonşu ölkələrə, yəni Orta Asiya ölkələrinə satacaqlar. Bu ölkələrin sərhəd təhlükəsizliyi elə də güclü deyil. Bu, İŞİD -in işini asanlaşdırır. İŞİD yaraqlıları ayrıca bu ölkələrin narkotik qaçaqmalçılarının dəstəyini alaraq Əfqanıstandan Rusiyaya, sonra da Avropaya olan narkotik trafikini nəzarət altına ala bilər".

Şərhlər