Bəzi islamofob mərkəzlər irqçi partiyalara niyə dəstək verir?

29.10.2015 10:54     A-reaksiya     2076

İslam əleyhinə olan ianəçilər tərəfindən dəstəklənən ABŞ-ın “Davit Horowitz” fondu Hollandiyanın İslama qarşı fəaliyyət göstərən irqçi Geert Wilders partiyasına 20 min dollar ianə verib.

Reaksiya.az xəbər verir ki, fondun verdiyi ianə rəsmi sənədlərdə ortaya çıxıb.

“DutchNewst”un xəbərinə görə, “Horowitz” fondu Wildersın partiyasına kömək edən xarici təşkilatlardan biridir.

2013-cü ildə qüvvəyə minən qanuna görə, Hollandiyada siyasi partiyaların xaricdən aldığı ianə 4 min 500 avrodan çox olarsa, bu haqda açıqlama verilməlidir. Wildersin partiyası isə bu qanuna qarşı çıxıb.

Həmçinin, “Horowitz” fondunun Wildersə verdyi ilk ianə olmadığı bildirilir. İddiaya görə, bu fond 2012-ci ildə də İslam əleyhinə hərəkətləri ilə tanınan partiyaya ianə verib. Ancaq bu mövzu haqqında hansısa məlumat verilməyib.

“Horowitz” ABŞ-da İslam əleyhinə olan fondlardan ən məşhurudur. Wildersa dəstək verən İslam əleyhdarı Pamela Galler Wildersi dəfələrlə ABŞ-a dəvət edib.

Galler ABŞ prezidenti Obamanın da gizli müsəlman olduğuna inananlardandır.

İsrail tərəfdarı Middle East Forumunun qurucusu Daniel Pipes də 2012-ci ildə “Reuters” xəbər agentliyinə verdiyi müsahibədə Wildersə dəstək verdiyini söyləyib.

İSLAM ƏLEYHİNƏ FONDLAR

“Vaşinqtonda Center For American Proqress (CAP)” adlı beyin mərkəzi “Qorxu şirkəti: Amerikada İslamofobiya şəbəkəsinin resursları” adlı hesabat hazırlayıb. Hesabatda bu sənayenin necə əlaqə şəbəkəsi içində çalışdığı və maliyyə edildiyinə dair mühüm məlumatlar verilir.

İSLAMOFOBİYA ŞƏBƏKƏSİNİ BƏSLƏYƏN FONDLAR

“Qorxu şirkəti: Amerikada İslamofobiya şəbəkəsinin resursları" adlı hesabatda İslamofobiya yayan sözügedən şəbəkə beş başlıq altında tədqiq edilib. Buraya sözügedən şəbəkəyə ianə verən təşkilatlar, yanlış informasiya yayan mütəxəssislər, baza təşkilatları və dini sağçılar, islam əleyhinə təbliğatın sağçı media elitası və siyasi oyunçular daxildir. İlk qrupda şəbəkəyə ən çox dəstək olaraq ianə edən 7 fonddan danışılır.

2001-2009-cu illəri arasında islam əleyhinə fəaliyyətlər üçün ümumilikdə 42,6 milyon dollar verən fondların adları və ianə portfelləri belədir:

Donors Capital Fund: Fondun ianəçi portfeli genişdir və adları açıqlanmır. Ona görə də maliyyə olaraq izini sürmək asan deyil. Fond 2007-2009-cu nillər arasında islamofobiyanı yayan düşüncə strukturlarına tam 21 milyon 318 min 600 dollar töhfə verib. Donors Capital Fund (DCF) islamofobik olmayan lakin mühafizəkar kimi tanınan təşkilatlara da 2009-cu ildə 60 milyon dollar ianə verib. Bunlar arasında ABŞ-I aqressiv xarici siyasətə təşviq etməklə tanınan mərkəzi Vaşinqtonda yerləşən Amerikan Enterprise Institute (AEI) də var. AEI-nin stajlı üzvlərindən Christopher DeMuth eyni zamanda Donors Capital Fundun idarə heyətinin üzvüdür. Donors Capital Fundun idarə heyətində ABŞ-ın öndə gələn mühafizəkar düşüncə təşkilatlarından başqalarıda yer alır.

Richard Mellon Scaife Foundations: İanə yardımı edən başqa bir şirkət Richard Mellon Scaife Foundationsdır. Şirkət bank işi, neft və alüminium sektorlarında qazandığı sərvətlə “Forbes” jurnalının hazırladığı ən zənginlər siyahısında 993-cü sırada yer alıb. Şirkət milyarder Richard M.Scaife tərəfindən idarə olunur. Fond 2001-2009-cu illərdə ən çox “Davit Horowitz Freedom Center” və digər islamofobik qruplar da daxil olmaqla 7 milyon 875 min dollarlıq yardım göstərib.

The Lynde and Harry Bradley Foundation: Maşınqayırma sənayəsi sektorunda investisiyası olan iki qardaşın yaratdığı fonddur. Mühafizəkar təşkilatlara və qruplara milyon dollarlıq ianələr edir. Bu fond 2001-2009-cu illərdə islamofobik düşüncə strukturlarına göstərdiyi yardım miqdarı 5 milyon 370 min dollar olub. Bu ianələrdən 4 milyon 250 min dollar “David Horowitz Freedom Center”ın payına düşüb. The Bradley fondu eyni zamanda islami fikir və dəyərləri açıqlamağa çalışan təşkilatlara da dəstək olur. Məsələn, tolerantlığı inkişaf etdirmək və müsəlmanların öz içində və digər insanlarla arasında fikir mübadiləsinə kömək etmək məqsədilə yaradılan “American İslamic Conference”  fondun dəstəklədiyi təşkilatdır.

The Newton D. & Rochelle F. Becker Foundation: Fond öz missiyasını "İsrailə və yəhudilərə qarşı qərəzli davranan media orqanları ilə mübarizə aparan, yəhudi qurum və proqramlarına yardım fəaliyyəti edən" şəklində ifadə edir. Fondun 2001-2009-cu illər arasında islamofobik təşkilatlara verdiyi ianə məbləği 1 milyon 136 min dollardır.

Russel Berrie Foundation: Fond məqsədini "Yəhudi ictimai həyatının zənginliyi və davamlılığını inkişaf etdirmək, dini anlayış və plüralizm ruhunu qidalandırmaq və terrorizmə qarşı diqqət yaratmaq" şəklində açıqlayır. Bu fondun həmin dövrdəki ianə məbləği 3 milyon 109 min dollardır.

Anchorage Charitable Fund and William Rosenwald Family Fund: Aralarında Hudson Institute və American Enterprise Institute kimi beyin mərkəzlərinin də daxil olduğu mühafizəkar təşkilatlara fond ötürür. Bu fond 2001-2009-cu illərdə böyük hissəsi Middle East Forum olmaq üzrə islamofobik təşkilatlara 2 milyon 818 min 229 dollarlıq yardım göstərib.

Fairbrook Foundation: Başda Hudson Institute olmaqla mühafizəkar təşkilatlara minlərlə dollar yardım göstərən fondun islamofobik təşkilatlara 2004-2009-cu illərdə veridyi ianə 1 milyon 498 min 450 dollar təşkil edir.

PSİXOLOJİ HƏRƏKAT MÜTƏXƏSSİSLƏRİ

Frank Gaffney: 1988-ci ildə yaratdığı “Center for Security Policy”ə (Təhlükəsizlik Siyasəti Mərkəzi) sədrlik edir. Mərkəzin 2009-cu ildəki gəliri 4 milyon dollardır. Gaffney bu beyin mərkəzindən illik 300 min dollar maaş alır. O, 2010-cu ildə hazırladığı hesabatda şəriətin ABŞ üçün hədə olduğunu iddia edib. Gaffney məscidləri fitnə hasil edilən yerlər olaraq Troya adına bənzədir. O, Nyu-Yorkdakı Park51 layihəsində döyüşçü müxaliflərlə yanaşı Amerikanın bir çox yerində məscid əleyhinə aksiyalarda ön cərgələrdə olub. Norveçli qatil Breivik manifestində Gaffney və “Center for Security Policy”dən 7 yerdə bəhs edib.

David Yerushalmi: “Society of Americans for National Existence” adlı beyin mərkəzinin rəhbəridir. Təkcə müsəlmanlara qarşı deyil, qaçqınlara və zəncilərə qarşı da irqçi fikirləri ilə tanınır. 2006-ci ildə yazdığı məqalədə zənciləri cani adlandırıb. David Yerushalminin Robert Spencer tərəfindən idarə olunan “Stop İslamisation of America” qrupu və onun media təmsilçisi Pamela Geller ilə yaxın əlaqədə olduğu bilinir. İslam mədəniyyəti ilə Yəhudi-Xristian mədəniyyətinin müharibə içində olduğunu iddia edən Yerushalmi dinlərinə bağlı müsəlmanları da düşmən elan edir. Özünün ən böyük mərifəti Amerikanın şəriət xəritəsini yaratmaq və əyalət parlamentlərində xəyali şəriət təhdidinə qarşı qanunlar çıxarmaq üçün işlər aparmaqdır. Yerushalmi islamın bütün müsəlmanlara ABŞ konstitusiyanın əvəzinə şəriət əsasında yeni bir siyasi sistemi gətirməyi əmr etdiyini iddia edərək bu təhdidə qarşı qanuni tədbirlər görülməsinin vacibliyi barədə təbliğat işləri aparır. Amerika dəyərləri və azadlıqlarına ən böyük təhdidin şəriətdən gəldiyi yönündə əsassız paranoyya yaymağa davam edir.

Daniel Pipes (Middle East Forum): Pipes 3 il Misirdə olmaqla 6 il ABŞ xaricində (Türkiyə daxildir) araşdırmalar aparan Harvard akademikidir. Daha sonra bir çox rəsmi orqanda vəzifə alan Pipes 1990-ci ildə “Middle East Forum” adlı beyin mərkəzini ABŞ mənfəətlərinə xidmət etmək missiyaları ilə qurub. Fondun 2009-cu ildəki gəliri 3 milyon dollar olub. Fondun gəlirlərinin artması ilə Pipesin Amerikalı müsəlman realistlərlə əlaqəsinin qopduğu, getdikcə daha artıq və əsassız müşahidələr aparmağa başladığı ifadə edilir. Breivikin manifestində Pipesdən və MEF-dən 18 yerdə bəhs edib. Dövri nəşrlər, internet saytları, layihələr, aksiyalarla yanaşı Pipesin islam əleyhinə aksiyalar məsələsində keçmişində bir sıra səhvlər buraxıb.

Robert Spencer: Şəbəkənin başqa bir önəmli fiqurudur. North Carolina Universitetində dini araşdırmalar üzre magistr dərəcəsi olan Spencer 1980-ci ildən bəri islam ilahiyyatı, hüquqi və tarixi mövsuzunda çalışdığını bildirib. ABŞ ordusunun müxtəlif məntəqələrində islam və cihad mövzusunda seminarlar keçib. Bəzi kitabları FBI-ın islam haqqında oxunması tövsiyə edilən əsərləri siyahısında yer alıb. Spencerin İslam əleyhinə yazdığı kitablar Amerikada ən çox satılan kitablar siyahısındadır. Spencer eyni zamanda islam əleyhinə olan aktivist Pamela Geller ilə birlikdə “American Freedom Defense İnitiatıve” və Stop İslamisation of America adlı qrupların quruculuğunu edib.. Breivikin manifestində Spencer və blokunun adı 162 yerdə çəkilib.

Steve Emerson: İslamın təhdid olduğu paronayasını yayan media nümayəndələrindən birirdir. “Investigative Project on Terrorism” adlı düşüncə quruluşu və internet səhifəsi vasitəsilə islamın təhlükə olduğunu irəli sürən jurnalistlik fəaliyyətlə məşğuldur. “CNN”də tədqiqatçı jurnalist kimi işlədiyi müddətdə Emerson terrorizm məsələsinə yönələn yazılar yazıb. “CNN”dən ayrıldıqdan sonra “ABŞ-da cihad” adlı sənədli filmi çəkib. Mükafata da sənədli film həmçinin etirazlara da səbəb olub. 1995-ci ildə jurnalistikanı buraxdıqdan sonra islamçı və Yaxın Şərq mənşəli terrorçu qruplar haqqında dünyanın ən geniş miqyaslı məlumat və kəşfiyyat qaynağı olduğunu iddia etdiyi IPT-i qurub. Emersonun ABŞ hökumətinin müxtəlif məntəqələrinə, konqres üzvlərinə və bəzi komitələrə xüsusi brifinqlər verdiyi də məlum olub. IPT-nin fond sərvətləri qarışıq münasibətlər içərisindən təqib etmək. Emersonun adı isə Breivikin manifestində 2 dəfə keçib.

Şərhlər