Suriya Rusiyanın ikinci Vyetnamı olacaq?

06.10.2015 14:57     A-reaksiya     2457

Bəşar Əsədin inadkarlığı ucbatından Suriya parça-parça oldu. İranın və Hizbullahın əməli dəstəyi Əsədin ayaqda qalmasına kömək olmadığı bir vaxtda Rusiya köməyinə çatdı.

Reaksiya.az xəbər verir ki, Moskva ilə Dəməşq arasındakı əlaqələrin 50 illik tarixi var. "Soyuq Müharibə" dövründə Moskva Dəməşqdəki "Baas" rejimi üzərindən Yaxın Şərqdə söz sahibi idi. Dəməşq rejimi ilə Moskva arasındakı münasibətlərin tamamilə yaxşılaşması 1970-ci ildə çevrilişlə hakimiyyəti ələ keçirən Hafiz Əsəd dövründə baş verdi. Dəməşq Moskvanın qanadları altına alındı. Əvəzində Moskva Tartusta dəniz bazası əldə edib.

“Soyuq Müharibə” dövründə Moskva Dəməşq rejimini təpədən dırnağa silahlandırdı. 1967-ci ildəki müharibədən sonra "Holan təpələri"ni İsrailə verən Hafiz Əsəd bu silahları İsrailə doğrultmadı, amma öz xalqına qarşı səxavətlə istifadə etdi. 1982-ci ildə "Hama" yerlə-yeksan edildi, on minlərlə mülki vətəndaş qətlə yetirildi. Moskva Sovet İttifaqı dağıldıqdan sonra da Dəməşqə silah satmağa davam etdi. Moskva Dəməşqin borclarının böyük bir hissəsini də sildi, amma bunun qarşılığında 1971-ci ildə Tartus dəniz bazasıyla bağlı  edilən müqavilənin çərçivəsini genişləndirdi və istifadə müddətini uzatdı.

Sovet Rusiyası birinci dəfə 1956-cı ildə, ikinci dəfə isə 1968-ci ildə iki ölkəyə birbaşa hərbi müdaxilə etdi. Moskvanın nəzarətindəki Macarıstan və Çexoslovakiyada xalq azadlığı üçün ayağa qalxdı. Rusiyanın tanklarla göstərdiyi müqavimət nəticəsində üsyan yatırıldı. Macarıstan, Çex və Slovakiya Respublikaları Sovetlər İttifaqı dağıldıqdan sonra Rusiyadan sürətlə ayrıldılar. Hər üç ölkə indi həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. 1956 və 1968-ci illər isə hələ də nifrətlə xatırlanır.

Sovet rus ordusu 1979-cu ildə Kabil hökumətinin müraciətilə Əfqanıstana daxil oldu və on il davam edən vətəndaş müharibəsinə səbəb oldu. Ruslar 1989-cu ildə ölkədən çıxmaq məcburiyyətində qaldılar. Və o vaxtdan bəri Əfqanıstanda qan axıdılmağa davam edir və bunda Moskvanın rolu böyükdür. ABŞ "Vyetnam"da uğursuzluğa düçar oldu. Əfqanıstan da Sovet Rusiyanın Vyetnamıdır. Suriya da Rusiyanın ikinci Vyetnamı olacaq.

Rusiya legitimliyi qalmayan, xalqı ilə yadlaşan rejimi qorumaq üçün dövrəyə girdi. Bəşər Əsədin ipləri Rusiya və İranın əlindədir. Əsədin əlində tutduğu yerləri özünün idarə etdiyi belə şübhə altındadır. Rejimin region üçün, Suriya xalqı üçün heç bir mənası qalmadı. Əsəd artıq istifadə olunan fiqurdur. Rusiyanın müdaxiləsi isə Suriyadakı vəziyyəti daha da içindən çıxılmaz hala gətirə bilər. Hava sahəsi başda ABŞ və Rusiya kimi bölgədən kənar qüvvələrin təsiri altında olan maraq toqquşmalarının arena halına gəldi. Daha çox qan axacaq və bəlkə münaqişələr bütün regiona yayılacaq. Heç şübhəsiz, Əsəd gedəcək, amma arxasında bir xaraba qoyacaq.

Jurnalistlərə qarşı zorakılığın müdafiə ediləcək bir tərəfi yoxdur. Sözə qarşı sözlə, ideyaya qarşı fikirlə, tənqidə qarşı isə cavab hüququndan istifadə edərək cavab verilə bilər. Bu yollardan fərqli vasitələr seçmək heç kəsə fayda verməyəcək, hətta təhlükəli nəticələri ola bilər. Hansısa fikrə şiddətlə cavab vermək düzgün deyil. İnsan zehnində heç bir şey pis bir fikirdən daha uzun müddət qala bilməz.

Şərhlər