Təhlükəli əlaqələr ... New York Times: "ABŞ, Şərq Avropaya böyük ölçüdə silah yığacaq"

15.06.2015 14:00     A-reaksiya     2047

Amerikanın “New York Times” qəzeti Ukrayna problemindən dolayı Moskva ilə böyük bir gərginlik yaşayan Vaşinqtonun, Rusiyanın təsir dairəsində olduğunu düşündüyü Şərqi Avropa və Baltik dənizi ölkələrinə böyük ölçüdə  silah və sursat yığmanın planladığını yazıb.

ABŞ Müdafiə naziri Ashton B. Carterin və Ağ Evin təsdiqini gözləyən plana görə Litva, Latviya, Estoniya, Polşa, Bolqarıstan, Rumıniya və Macarıstana beş min əsgər üçün tank və piyada hücum vasitələri yerləşdiriləcək.

Pentaqonun planı həyata keçirilsə, ABŞ, Soyuq müharibədən etibarən keçmiş Varşava aktının, NATO – nun yeni üzvləri olan Şərqi Avropa ölkələrinə ilk dəfə bu qədər silah göndərmiş olacaq.

Şərhlər

Çox oxunanlar