Avropa Türkiyədəki seçki prosesini necə izləyir?

16.06.2015 08:33     A-reaksiya     2102

Türkiyədəki seçkidən sonrakı prosesi Reaksiya.az üçün dəyərləndirən iqtisadçı ekspert Uğur Gurses HDP – nin 10 % -lik həddi keçməsinin Türkiyədən ümidini kəsən avropalılara ciddi bir mesaj olduğunu ifadə edərək bildirib ki, parlamentdəki bütün partiyalar Aİ dəyərlərinə sahib çıxıb, onu gücləndirməlidir.

Bu seçki Türkiyədən şübhə edən avropalılar üçün dərs oldu

Seçki öncəsi Avropada türklərin Aİ-yə girmək istəmədiyinə, kifayət qədər iradə ortaya qoymadığına və səy göstərmədiyinə dair bir hava var olduğunu deyən Gürses HDP – nin 10% - lik həddi keçməsinin avropalı şübhəçilərə bir dərs olduğunu bildirib:

"Qutudan çıxan nəticəyə görə, seçicilər Türkiyədəki gedişatı dayandırdılar. Belə bir hal ortaya çıxanda, Türkiyədən ümidi olmayan avropalılar çaşıb qaldılar. Daha əvvəl Türkiyənin önünə elə bir ölü torpağı sərilmişdi ki, təkcə avropalılar yox, Türkiyədəki vətəndaşlar belə “bu proses dəyişməyəcək” düşüncəsində idi".

Seçkinin nəticələri Aİ düşüncəsini gücləndirib

Türkiyənin bundan sonrakı iqtisadi performansını davam etdirə bilməsi üçün xaricdən birbaşa investisiya almağa ehtiyacı olduğunu ifadə edən Gürses, Türkiyənin xaricdən investisiya almadan, çox böyük islahatlar həyata keçirmədən, yüksək bir böyümə təmin etmək qısa və orta müddətdə əsla mümkün deyil. Ona görə də, parlamentdəki bütün partiyalar Aİ dəyərlərinə sahib çıxıb, onu gücləndirməlidirlər. Lakin bu seçki nəticələri belə, heç bir şey etmədən bu Aİ düşüncəsini gücləndirib" – deyə fikirlərini yekunlaşdırıb.

 

Fərəh 

 

Reaksiya.az

Şərhlər