“İranın neft və qaz sektoruna ciddi xarici sərmayə axını baş verəcək” - Ekspert rəyi Eksklüziv

14.10.2015 12:18     A-reaksiya     2673

Xəbər verdiyimiz kimi, İran Milli Məclisi Böyük Altılıq ölkələri ilə imzalanmış nüvə razılaşmasının tətbiq olunması ilə bağlı qərar qəbul edib. İranın rəsmi xəbər agentliyi “IRNA” xəbər verib ki, İran ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələr və Almaniya arasında iyulda imzalanan nüvə razılaşması İran Məclisi tərəfindən təsdiq olunub.

Qərarın qəbulu ilə bağlı Məclisdəki 161 millət vəkilindən 59-u “hə”, 13-ü isə “yox” cavabı verib.

Qərarı ekslüziv olaraq Reaksiya.az üçün şərh edən İranlı neft mütəxəssisi Umud Şukri bildirib ki, bu qərar sanksiyaların aradan qalxmasına səbəb olacaq: “İranın neft və qaz sektoruna ciddi xarici sərmayə axını baş verəcək. Ölkə uzunmüddətli qaz ve neft istehsalına başlayacaq və bu da onun iqtisadiyyatına çox böyük təsir edəcək. Nəticədə İran çox neft sata bilsəı, çox da dividend əldə edəcək. Maliyyə dividentlərinin əldə olunması isə yeni nanotexnologiyaların əraziyə daxil olmasına şərait yaradacaq. Qeyd etməliyik ki, pul olduğu zaman, istər – istəməz ölkənin gücü də, beynəlxalq əlaqələri də güclənəcək”.

Şərhlər