İŞİD qadınlara cənnət vəd edir
16.06.2015 16:33 A-reaksiya 3769
19 yaşındakı rusiyalı Varvara Karaulovanın son anda İŞİD - in əlindən xilas edilməsi Rusiyada böyük əks-səda oyandırıb. “RİA Novosti” xəbər agentliyi İŞİD - in üzv “ovlamağa” çalışdığı Çeçenistandakı rəsmilərlə əlaqə yaradaraq regiondakı İŞİD təhlükəsini araşdırıb.
Çeçenistan daxili işlər nazirinin müavini Abdi Alaudinovun verdiyi məlumata görə, 400-dən çox Çeçenistan vətəndaşı İŞİD-lə birgə döyüşmək üçün Suriya və İraqa gedib. Onlardan 100 nəfərdən çoxu həyatını itirib, 88 nəfəri həbs olunub, 44 - ü evinə geri qayıdıb, böyük bir qisminin taleyi isə hələ də bilinmir.
Alaudinov İŞİD'in gəncləri əsasən internet mühitində yoldan çıxardıqlarını bildirib və sözlərinə onu da əlavə edib ki, terrorçuların sözlərinə aldananlar Suriya və ya İraqa getmədən onları dayandırmaq üçün hər dəfə böyük səy göstərirlər.
Şəriət qanunlarının etibarlı olduğu yerə getmək istəyirik
Çeçenistan Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Heda Saratova Suriyaya getmək istəyərkən qarşısı alınan 17-22 yaşlarındakı 3 çeçen qızının hekayəsini danışıb.
Saratova çeçen qızlarının Suriyaya getmə arzularını şəriət qanunlarının işlədiyi bir yerə getmək istəmələri ilə açıqladıqlarını söyləyib. Aparılan istintaq haqqında məlumat verən çeçen rəsmisi qızların onlara cənnət vəd edən Allah mücahidləri ilə evlənmək məqsədi ilə Suriyaya getmək istədiyini bildirib.
Nərmin
Şərhlər